“Əjdaha alovu” effekti və ya nişastanın yanma xüsusiyyəti VİDEO
Bakı, 7 sentyabr, AZƏRTAC
Kimyanı kitab səhifələrindən laboratoriya mühitinə gətirən təcrübələr şagirdlər üçün həm öyrədici, həm də maraqlı olur.
161 nömrəli tam orta məktəbin kimya müəllimi Əmiraslanlı Təranə AZƏRTAC-a müsahibəsi zamanı maddələrin yanma xüsusiyyətlərini əyani şəkildə göstərmək məqsədilə maraqlı təcrübə nümayiş etdirib. Təcrübə zamanı nişastanın oksigenlə təması nəticəsində yanma prosesi sürətlənib və böyük alov effekti yaranıb. Alovun forması vizual olaraq “əjdaha alovu” effektini xatırladıb. Təcrübə şagirdlərin yanma prosesinin mahiyyətini daha yaxşı anlamalarına, maddələrin oksigenlə qarşılıqlı təsirini müşahidə etmələrinə və nəzəri biliklərini praktik şəkildə möhkəmləndirmələrinə imkan verib.
Müəllim qeyd edib ki, bu cür təcrübələr kimya fənninin daha maraqlı və yaddaqalan şəkildə öyrənilməsinə, şagirdlərdə araşdırma və müşahidə bacarıqlarının formalaşmasına kömək edir.