Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksinə gəliblər VİDEO
Kəlbəcər, 12 sentyabr, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində diplomatik korpusun nümayəndələri sentyabrın 12-də Kəlbəcərə gəliblər.
AZƏRTAC xəbər verir ki, diplomatlar dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.
Qeyd edək ki, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfərləri mütəmadi olaraq təşkil edilir.
Müxbirlər - Pərvanə Qafarova, Gülay Nəzərova
Fotoqraf - Tofiq Babayev
Operator - Mirrəsul Cəfərov