Baş katib: TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir VİDEO
Bakı, 16 sentyabr, AZƏRTAC
Biz – Türk Dövlətləri Təşkilatı olaraq ortaq tariximiz, mədəniyyətimiz, dilimiz, adət-ənənələrimiz və dini dəyərlərimizlə bir-birimizə bağlıyıq.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev deyib.
Baş katib bildirib ki, TDT çərçivəsində müxtəlif mexanizm və platformalar vasitəsilə əməkdaşlıq həyata keçirilir. Onun sözlərinə görə, bu əməkdaşlığın mühüm istiqamətlərindən biri iqtisadi sahə, o cümlədən ticarət və investisiyalardır.
K.Ömüralıyev analitik və beyin mərkəzlərinin fəaliyyətinin də bu prosesdə mühüm rol oynadığını vurğulayıb.
Müxbirlər- Pərvanə Qafarova, Elmir Səftərov
Fotoqraf- Tofiq Babayev
Videooperator- Şövqi Əzizov