Nuriddin Xaliknazarov: Prezident İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib VİDEO
Ağdam, 16 sentyabr, AZƏRTAC
Allaha şükürlər olsun ki, belə bir məsciddə namaz qılmaq bizə nəsib oldu. Bu işlərin həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin yüksək iradəsi, cəsarəti və siyasi iradəsi mühüm rol oynayıb. Azərbaycan xalqının birliyi, vətənpərvərlik ruhu sayəsində böyük işlər həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Özbəkistan Müsəlmanları İdarəsinin sədri Nuriddin Xaliknazarov Ağdam Cümə məscidində keçirilən Yəhya Bakuvi Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Bu yaxınlarda Azərbaycan və Özbəkistan Prezidentləri arasında əbədi dostluq haqqında müqavilə imzalandı. Biz məscidlərdə dua etdik ki, Allah bu dostluğumuzu əbədi etsin. Mənim bu gün bu diyara və məhz bu məscidə gəlməyim də bizim əbədi dostluğumuzun bir rəmzidir. Bu diyara əmin-amanlıq diləyirəm. Allah bizə burada böyük abadlıq işləri başa çatanda da gəlib dua etməyi nəsib eləsin”.
Müxbir - Tahir Ağaməmmədov