AZEMBA proqramı üzrə nəzərdə tutulan 4 modul sessiya Bakıda, bir sessiya isə Madriddə təşkil olunacaq VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
AZEMBA proqramı üzrə nəzərdə tutulan 4 modul sessiya Bakıda, bir sessiya isə Madriddə təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə IE Universitetinin dekan müavini Lusia Eheya "Liderlik və innovasiya üzrə IE Mərkəzinin AZEMBA proqramının açılışında deyib.
O bildirib ki, proqram hazırlanarkən rəhbərlik və dövlət qurumları ilə ətraflı müzakirələr aparılıb.
“Bu müzakirələr nəticəsində proqramın akademik əsasları saxlanılmaqla, yerli mühitə uyğunlaşdırılması təmin edilib. Proqramda şirkətlər üçün ayrıca korporativ istiqamətlər də hazırlanıb. SOCAR üçün enerji keçidinə, "PAŞA Holdinq" üçün isə süni intellekt dövründə müştəri yönümlülüyə xüsusi diqqət yetiriləcək. İştirakçılar tədris müddətində müxtəlif öyrənmə formatlarından yararlanacaqlar. Buraya əyani sessiyalar, canlı onlayn dərslər, sinxron tapşırıqlar, fərdi refleksiya saatları, qrup işləri, keyslər və tətbiqi layihələr daxildir. Tətbiq olunacaq müxtəlif tədris üsulları iştirakçıların tənqidi düşünmə və düzgün mühakimə yürütmə bacarıqlarının inkişafına yönəlib”, - deyə Lusia Eheya vurğulayıb.