Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycanda istehsal olunan müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir. Ölkəmiz iri, inkişaf etmiş hərbi-sənaye komplekslərinə malik dövlətlərlə, xüsusilə Türkiyə, İsrail və Çinlə birgə layihələr həyata keçirir, ABŞ ilə məsləhətləşmələr aparır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov bildirib. O qeyd edib ki, Azərbaycan və Türkiyənin hərbi-texniki sahədəki əlaqələri digər türk dövlətlərini də cəlb edir. Ekspertin sözlərinə görə, artıq Mərkəzi Asiyanın türk dövlətləri ilə də bu istiqamətdə birgə layihələr icra olunmaqdadır.