RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşmüşdür VİDEO
Davos, 23 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə Fransa arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edildi, bu əlaqələrin inkişafında “GDF Suez” şirkətinin də xüsusi rolu vurğulandı.
Söhbət zamanı “GDF Suez” şirkəti ilə “Abşeron” qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olundu və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.