Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan həm Avropanın, həm də Asiyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir VİDEO

Azərbaycan həm Avropanın, həm də Asiyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir VİDEO

Bakı, 2 aprel (AZƏRTAC). Azərbaycan təkcə Avropanın deyil, o cümlədən Asiyanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Azərbaycan Yaponiya ilə sıx əməkdaşlıq edir. İnanıram ki, bu əməkdaşlıq daha da güclənəcək və inkişaf edəcəkdir.

Bu sözləri Yaponiyanın “WorldInvesters TV” internet televiziyasının prodüseri, tanınmış iqtisadçı ekspert Kazuyasu İşida AZƏRTAC-a məxsusi müsahibəsində söyləmişdir.

- Cənab İşida, Azərbaycanın uğurlarının Yaponiyada təbliği sahəsində sizin böyük zəhmətiniz vardır. Sizi həm də Azərbaycanın yaxın dostu kimi tanıyırıq. Ölkəmizə budəfəki səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?

- Artıq neçə illərdir ki, Azərbaycan sürətli inkişafı ilə dünyanın diqqətini özünə cəlb edir. Ölkənizə hər dəfə səfərə gələrkən mən bu inkişafın şahidi oluram. Xüsusilə Azərbaycanın iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Azərbaycan öz siyasi və iqtisadi sistemini inkişaf etdirərək müasir dünyanın norma və standartlarına uyğunlaşdırır. Qloballaşmanın regional inteqrasiyaya təsiri, elektron idarəetmə, demokratiya, liberallaşma, yüksək innovativ texnologiyaların tətbiqi və başqa proseslərdə Azərbaycan vahid strateji yanaşma nümayiş etdirir. Mən Yaponiya ilə Azərbaycan arasında əlaqələrin gələcəkdə yeni istiqamətdə daha da genişləndiriləcəyinə inanıram. Biz iki ölkəni müəyyən layihələrlə daha da yaxınlaşdırmaq niyyətindəyik. Ölkənizə səfərimin məqsədi iqtisadi sahədə danışıqlar apararaq burada əldə etdiyim məlumatları Yaponiya tərəfinə ötürməkdir.

- İnkişafın Azərbaycan modelində sizin diqqətinizi cəlb edən əsas sahələr hansılardır?

- Azərbaycan dünyanın bir çox ölkələrinə ixrac oluna biləcək zəngin neft və qaz yataqlarına malikdir. Mənim üçün Azərbaycanda daha maraqlı olan neft-qaz, təbii sərvətlərin ölkədə səmərəli şəkildə istifadəsidir. Ölkənizdə Sumqayıt Texnoloji Parkı, “White city”, “Khazar İslands” və digər nəhəng layihələr həyata keçirilir. Bu layihələr karbohidrogen ehtiyatlarının mənimsənilməsindən əldə edilmiş gəlirlərin ölkənin inkişafına bacarıqla tətbiqi nəticəsində həyata keçirilir.

- Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu necə qiymətləndirirsiniz? Regionda keçirilən irimiqyaslı layihələrdə Yaponiya şirkətlərinin iştirakı barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu, gələcək üçün vacib amildir. Avropanın enerji təchizatında mühüm rol oynayan marşrutların şaxələndirilməsinə böyük zərurət vardır. Regionda Azərbaycanın təşəbbüsü ilə irimiqyaslı layihələr həyata keçirilir. Bu, Azərbaycanın enerji resurslarının Avropaya ixracına imkan yaratmaqla yanaşı, regionun davamlı inkişafına da mühüm təsir göstərir. Asiyanın da enerji mənbələrinə böyük ehtiyacı vardır. Azərbaycan yalnız Avropaya deyil, artıq Asiyaya da enerji ixracını həyata keçirir. Ölkənizdə istehsal olunan karbohidrogen ehtiyatları həm Avropaya, həm də Asiyaya ötürülür. Azərbaycan Avropa ilə Asiya arasında körpü rolunu oynayır və strateji baxımdan bu, mühüm əhəmiyyət kəsb edir.

Yaponiyanın bir sıra şirkətləri Azərbaycanda reallaşdırılan böyük layihələrdə fəal iştirak edirlər. Bu istiqamətdə görüləcək işləri daha da genişləndirməyə ehtiyac vardır. Düşünürəm ki, yaponiyalı iş adamlarının ölkənizdə yaradılmış əlverişli biznes mühitinə daha geniş cəlb olunması hər iki tərəf üçün faydalı ola bilər.

- Ümumiyyətlə, Azərbaycan ilə Yaponiya arasında əməkdaşlığın perspektivləri haqqında nə deyə bilərsiniz?

- Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir və etimad üzərində qurulmuşdur. Bu da bizim tarix boyu möhkəmlənmiş xoş münasibətlərimizin sayəsində mümkün olmuşdur. Hər iki ölkə inkişaf perspektivlərini yaxşı dəyərləndirə bilir. Balaca və orta miqyaslı istehsal şirkətlərinin yaradılması ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynaya bilər. Məsələn, “Facebook”, “Google” kiçik şirkətlər olsa da, insanlar arasında əlaqə yaradır. Böyük şirkətlərlə yanaşı, kiçik və orta miqyaslı şirkətlərin layihələrin icrasına cəlb olunması ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etməsinə mühüm töhfələr verə bilər.

- Azərbaycanın Yaponiyada daha yaxından tanıdılması ilə bağlı növbəti layihələriniz haqqında məlumat verməyinizi xahiş edirik.

- Yaponiyanın fərqli media şirkətlərinə Azərbaycan ilə bağlı məlumatların ötürülməsi əsas məsələlərdən biridir. Yaponiyada başqa ölkələrin, xüsusən inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına böyük maraq vardır. Yaponiyada keçirilən seminarlarda Azərbaycanın iqtisadiyyatı ilə bağlı məlumatların çatdırılması ölkənizin Asiyada daha geniş miqyasda tanıdılmasında mühüm rol oynaya bilər. Mənim çalışdığım şirkət Yaponiyada, həmçinin iqtisadi xəbərlərin yayımlanması ilə də məşğuldur. Fərqli variantlardan istifadə edərək Azərbaycanı Yaponiya iş adamlarına daha yaxşı tanıda bilərik.

- AZƏRTAC ilə “World Investors TV” arasında əməkdaşlığın inkişafı ilə əlaqədar agentlikdə keçirilmiş görüş barədə nə deyə bilərsiniz?

- Biz AZƏRTAC ilə əməkdaşlıq barəsində geniş fikir mübadiləsi apardıq. AZƏRTAC-ın rəhbərliyinin Azərbaycanın Yaponiyada təbliği ilə bağlı təklifləri həqiqətən təqdirəlayiqdir. İlk növbədə biz agentliyin hazırladığı yazıları, foto və videomaterialları Yaponiya KİV-lərinə çatdırmaq niyyətindəyik. Təbii ki, gözlə görmək daha yaxşı nəticələr verər. AZƏRTAC ilə birlikdə həyata keçirəcəyimiz belə layihələr yapon iş adamlarının ölkənizə daha çox cəlb edilməsinə imkan yaradar.

 

Azərbaycan həm Avropanın, həm də Asiyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr olunan Karyera Festivalı keçirilir

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib VİDEO

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ