Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur VİDEO

Bakı, 4 aprel (AZƏRTAC). Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olmuşlar.

Bu gün Azərbaycan sürətli iqtisadi və sosial inkişafı ilə dünyanın diqqət mərkəzindədir. Əlverişli coğrafi mövqeyi, zəngin iqlimi, flora və faunası, qədim tarixi və mədəniyyəti ölkəmizin turizm mərkəzi kimi də bütün dünyada tanınmasında mühüm rol oynayır. Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasına bu sahəyə göstərilən yüksək dövlət qayğısı, Bakı ilə yanaşı, regionlarda da müasir turizm infrastrukturunun yaradılması müsbət təsir göstərir. Azərbaycanda turizm sektorunun inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, ölkədə dünya səviyyəli turizm brendlərinin tətbiqi geniş vüsət almışdır. Bakıda və bölgələrdə beşulduzlu mehmanxana komplekslərinin tikilməsi və istifadəyə verilməsi məhz bu amilə əsaslanır. Bütün bunlar da ölkədə geniş şəbəkəyə malik turizm infrastrukturunun yaradılmasına və inkişafına xidmət edir.

Son illər Azərbaycanın turizm potensialını nümayiş etdirmək məqsədilə keçirilən bir sıra mühüm tədbirlər də bu sahəyə marağı artırmışdır. Bu baxımdan Bakıda hər il keçirilən beynəlxalq turizm və səyahətlər, o cümlədən mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgilərinin xüsusi rolu vardır. Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi ölkəmizin, ümumilikdə Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbiri hesab edilir. Məhz buna görə də ildən-ilə marağın artdığı bu sərgi böyük nüfuz qazanmışdır. Builki sərgidə əvvəlki illərlə müqayisədə milli stendlərin sayı da xeyli çoxdur. Sərgidə Azərbaycan ilə yanaşı, Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Dominikan Respublikası, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Tailand, Türkiyə, Fransa, Monteneqro, Çex Respublikası və digər ölkələrdən 24 milli və regional qrup iştirak edir. Bundan əlavə, bu il sərgiyə Litva, Xorvatiya, Rusiya və Monteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiyanın Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri qatılmışlar. Tədbirin daha bir mühüm xüsusiyyəti turizm xidmətlərinin geniş çeşidini nümayiş etdirmək, turagentlik və turoperatorları, milli qrupları, beynəlxalq nümayəndəlikləri, avtomobil, hava və dəniz daşımaları üzrə şirkətləri, müxtəlif ölkələrin mehmanxana biznesi üzrə nümayəndələrini, turizm və ticarət assosiasiyalarını, eləcə də fəal və ekstremal istirahət turlarının təşkilatçılarını bir yerə toplamaqdır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, sərgidə bu il də iştirakçıların sayında xeyli artım müşahidə olunur. 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, indi onların sayı 38-ə çatmışdır. Ümumilikdə, bu ölkələrdən 351 şirkət və təşkilat sərgidə xidmətlərini təqdim edir. Sərgi iştirakçılarının 60 faizdən çoxunu xarici, 40 faizini isə yerli şirkətlər təşkil edir. Ölkəmizin turizm sənayesinin inkişafında böyük əhəmiyyət kəsb edən bu sərgiyə maraq son illər Azərbaycanda turizm sahəsində həyata keçirilən mühüm infrastruktur layihələrinin dünya turizm aləmində böyük rəğbət və maraqla qarşılandığını göstərir. Bu tədbirlər həm də ölkəyə gələn turistlərin sayının xeyli artmasına səbəb olur.

Azərbaycan regionlarının milli pavilyonları sərgini daha da maraqlı və koloritli edir. Regional ekspozisiyada Azərbaycanın müxtəlif rayonlarının turizm imkanları nümayiş etdirilir. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, dağ-xizək və dəniz kurortları nümayiş etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldular.

Litvanın stendi ilə tanışlıq zamanı məlumat verildi ki, bu ölkə turizmin müxtəlif istiqamətlərini, o cümlədən sanatoriya, tibbi klinikalar üzrə xidmətlərini nümayiş etdirir. Bir neçə dəfə sərgidə iştirak edən Litva bu dəfə 18 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyev ikinci dəfə sərgiyə qatılan Monteneqronun stendinə də baxdı. Ötənilki sərgidən sonra yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa çarter reysləri həyata keçirilmişdir. Builki turizm mövsümündə də çarter reysləri bərpa ediləcəkdir.

İndoneziya da ardıcıl olaraq bu sərgidə təmsil olunur. Bu ölkənin stendində İndoneziyanın turizm imkanları və turizm marşrutları təqdim edilir.

Dövlətimizin başçısı Rusiyanın Stavropol vilayətinin stendinə də baxdı. Sərgidə çoxlu şirkətlərlə təmsil olunan bu vilayət əsasən tibbi turizm istiqamətində xidmətlərini nümayiş etdirir. Ümumilikdə, sərgidə Stavropol diyarının Mineralnıye Vodı, Pyatiqorsk, Yessentuki və Kislovodskda olan turizm-sağlamlıq obyektlərinin xidmətləri təqdim edilir.

Şamaxıda yerləşən və Naftalan nefti ilə müalicə imkanlarını təqdim edən sanatoriya da sərgidə iştirak edir. Naftalan neftinin şöhrəti bütün dünyada məşhurdur. Naftalan şəhərindəki

mənbələrdən çıxarılan neft nadirliyi ilə seçilir və bununla bağlı xidmətlər indi ölkəmizin müxtəlif regionlarında da təqdim olunur.

Prezident İlham Əliyev “Horex Caucasus-2014” VIII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ilə də tanış oldu. Burada Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən olan aparıcı şirkətlər məhsullarını nümayiş etdirir. Sərginin daimi iştirakçıları arasında bir sıra aparıcı şirkətlərin olması onun beynəlxalq nüfuzundan xəbər verir.

Dominikan Respublikası da ilk dəfə bu sərgidə iştirak edir. Bu ölkəyə məxsus stenddə əsasən ekzotik turizm növləri təqdim olunur.

Dövlətimizin başçısı Mərakeş və Yunanıstan stendlərinə də baxdı. Hər iki ölkə ikinci dəfədir ki, sərgiyə qatılır. Mərakeşə məxsus pavilyonda ölkənin kurort zonaları, mədəni və ekskursiya turizmi, bir neçə şirkətlə təmsil olunan Yunanıstan stendində isə əsasən yay turizmi, xüsusilə də ekskursiyalar, dəniz səyahəti təqdim edilir.

Sloveniya isə sərgidə 11 şirkətlə təmsil olunur.

Əvvəlki sərgilərdə olduğu kimi, bu il də Türkiyə sərgiyə geniş tərkibdə - 30 turizm şirkəti ilə qatılmışdır. Bu ölkəyə məxsus stenddə alternativ turizm də daxil olmaqla bütün istiqamətlər nümayiş etdirilir. Türkiyəni təmsil edən şirkətlərin müxtəlif stendlərində ölkənin turizm marşrutları, yaradılan infrastruktur barədə geniş məlumatlar əksini tapmışdır. 

Bolqarıstan da bu sərgiyə olduqca böyük maraq göstərir. Bu ölkə də turizm potensialını qonaqlara yüksək səviyyədə təqdim edir.

Diqqətə çatdırıldı ki, “Bütün dünya - Bir sərgi” devizini tam doğruldan “AITF-2014”də 80-dən çox turizm marşrutu nümayiş olunur. Eyni zamanda, bu sərgi turizm bazarında həm maraqlı istiqamətlərin, həm də yeniliklərin nümayişi ilə seçilir. Sərginin debütantları arasında Şri-Lanka, Keniya və Cənubi Afrika Respublikasının turizm şirkətləri də yer almışdır. 

Bildirildi ki, “AITF-2014” sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı xeyli artmışdır.

Sonra “City Sightseeing Baku” şirkətinin təqdimatı oldu.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə bu şirkət dünya brendi kimi tanınan və 33 ölkənin 100-dən çox şəhərində fəaliyyət göstərən “City Sightseeing Worldwide” şirkəti arasında bağlanmış razılaşmaya əsasən yaradılmışdır. “City Sightseeing Baku” ötən il mindən çox avtobusla 10 milyondan çox insana ekskursiya xidməti göstərmişdir. Şirkətin fəaliyyəti turistlərə Bakının mədəni irsinin və turizm potensialının geniş təbliğ olunması sahəsində mühüm əhəmiyyət kəsb edir. Avtobuslarda turistlər üçün bütün şərait yaradılmışdır. Nəqliyyat vasitələrində xüsusi sistemlə yaradılan avadanlıq turistlərə paytaxtın görməli və tarixi yerləri barədə məlumat əldə etməyə imkan verir.

Prezident İlham Əliyev sərginin işinə uğurlar arzuladı.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev “AITF-2014” XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olmuşdur VİDEO

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir VİDEO

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO