Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbərini qəbul etmişdir VİDEO
Bakı, 17 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Avropa Şurasının Bakıdakı ofisinin yeni rəhbəri xanım Draqana Filipoviçi qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.