Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul etmişdir VİDEO
Bakı, 28 aprel (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul etmişdir.
Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edildi.