Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri
Tbilisi Beynəlxalq Aeroportunda qarşılanma VİDEO
Tbilisi, 6 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammitində iştirak etmək üçün mayın 6-da Gürcüstana işgüzar səfərə gəlmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.