Sabiq Prezident Ho Şi Minin xatirəsinə ehtiram VİDEO
Hanoy, 19 may (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 19-da Hanoyda Vyetnamın sabiq Prezidenti Ho Şi Minin mavzoleyini ziyarət etmişlər.
Dövlətimizin başçısı Vyetnam Sosialist Respublikasının qurucusu Ho Şi Minin xatirəsinə dərin ehtiramını bildirdi, mavzoleyin önünə əklil qoydu.