6 NOYABR HƏM DƏ NAXÇIVAN MR ALİ MƏCLİSİNƏ SEÇKİLƏR GÜNÜDÜR
Noyabrın 6-da naxçıvanlılar həm də muxtar respublikanın ali qanunvericilik orqanına deputatlığa namizədlərə səs verəcəklər. Muxtar respublika Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov AZƏRTAC-ın müxbirinə demişdir ki, Ali Məclisə 45 deputat seçilməlidir. Bundan ötrü 275 seçki məntəqəsi yaradılmışdır. Seçkilərin şəffaf və normal keçməsi üçün hər cür şərait vardır. 45 deputat yeri uğrunda 146 namizəd mübarizə aparır. Onların 66-sı YAP-ı, 13-ü Demokrat, 18-i Müsavat partiyalarını təmsil edir. Deputatlığa namizədlərin 36-sı bitərəflərin nümayəndəsidir.
Namizədlərə Naxçıvan Dövlət Televiziyasında, “Şərq Qapısı” qəzetində ödənişli və ödənişsiz çıxışlar üçün şərait yaradılmışdır.