75 YAŞLI YAPON ÖLKƏNİN ƏN UCA DAĞ ZİRVƏSİNƏ 500 DƏFƏ QALXMIŞDIR
Keçmiş riyaziyyat müəllimi 3776 metr hündürlüyündə olan yatmış vulkanı 50 il əvvəl fəth etməyə başlamışdır. Onuki “Fudziyə heç vaxt qalxmayan səfehdirsə, ikinci dəfə qalxan isə lap səfehdir” yapon atalar sözünə məhəl qoymayaraq, bu zirvəni fəth etməkdədir. Saytama prefekturasındakı Niidza şəhərinin sakini ilk 25 ildə Fudzini 7 dəfə fəth etmiş, qalan 25 il ərzində isə bunun sayını xeyli artırmışdır.
Onuki elə ustalaşmışdı ki, hətta bəzən bir gün ərzində 2 dəfə zirvəyə qalxmışdır. İlin bütün aylarında sevimli məşğuliyyətindən əl çəkməyən həvəskar alpinist 12 dəfə Yeni ili zirvədə qarşılamışdır. Onuki Ginnessin Rekordlar kitabı barədə düşünməsə də, dostlarının fikrincə, o, bir neçə dünya rekordunun müəllifidir.
Onukinin sözlərinə görə, dağın gözəlliyindən zövq almaqdan yorulmur və səhhəti yol verərsə, oraya hələ çox qalxacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [19:12]
Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]