Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib VİDEO

Bakı, 25 noyabr, AZƏRTAC

Noyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib.

Zəngin təbii ehtiyatları ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə dövlətimizin başçısının ölkədə məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam və tapşırıqlarına uyğun olaraq yüzlərlə məktəb binası tikilib və ya təmir olunub. Prezidentin sərəncam və tapşırıqlarına uyğun olaraq ümumtəhsil məktəblərinin informasiya-kommunikasiya texnologiyaları ilə təminatı gücləndirilib. Hökumət ucqar bölgələrdə müəllim çatışmazlığını aradan qaldırmaqla bağlı müvafiq proqram qəbul edib.

Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir. Yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocaqlarından biri də Bakı Oksford məktəbidir. Məktəbin yeni binasında təlim-tədrisin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Bakı Oksford məktəbi 1998-ci ildə təsis olunub. Məktəbdə həm milli, həm də beynəlxalq təhsil standartlarını özündə əks etdirən müasir proqram həyata keçirilir.

Məktəbin təsisçisi Mehriban Məmmədova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi ki, təhsil ocağının binası ən müasir tələblər səviyyəsində inşa olunub. Altımərtəbəli binanın ümumi sahəsi 30 min kvadratmetrdir. Bakı Oksford məktəbinin həyətində təhsilimizin inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı Bakı Oksford məktəbi ilə tanış oldu.

Məktəbin birinci mərtəbəsində Heydər Əliyev Muzeyi yaradılıb. Muzeydəki fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır.

Bildirildi ki, məktəbdə təhsil dörd mərhələ üzrə keçirilir. “Məktəbə hazırlıq” mərhələsi 4-5 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələdə uşaqlar Azərbaycan əlifbasını öyrənir, ingilis dili və hesab fənlərindən ilk biliklərə yiyələnirlər. Şagirdlər incəsənətə də xüsusi maraq göstərirlər. Bu baxımdan məktəbdə bir neçə “ART studio” fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarından olan şagirdlər yaradıcılıq potensialını həyata keçirə bilirlər. Təhsil ocağında tez-tez incəsənət sərgiləri keçirilir və şagirdlərin əl işləri nümayiş olunur.

Növbəti, “İbtidai siniflər” mərhələsi isə 6-10 yaşında uşaqlar üçün nəzərdə tutulub və tədris Kembric Beynəlxalq Proqramı üzrə keçirilir. Bu mərhələni bitirdikdə şagirdlər “Cambridge Chekpoint Primary” imtahanlarını verirlər. Məktəbdə aşağı yaş qrupları üçün kitabxana fəaliyyət göstərir. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də zəruri avadanlıq quraşdırılıb.

Üçüncü mərhələ isə “Orta məktəb”dir. Bu mərhələdə 11-13 yaşında uşaqlar təhsil alırlar. Şagirdlər bu mərhələni bitirdikdə ingilis dili, riyaziyyat və təbiət fənləri üzrə yenidən “Cambridge Chekpoint Primary” imtahanları verirlər.

Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə hərbi hazırlıq sinfi də yaradılıb. Məktəbdə yuxarı sinif şagirdləri üçün müxtəlif dərnəklər fəaliyyət göstərir. Şagirdlər burada qədim el sənətlərinin də sirlərini öyrənə biləcəklər.

Prezident İlham Əliyevə məlumat verildi ki, sonuncu mərhələ olan “Tam orta məktəb” isə 14-18 yaşında uşaqlar üçün nəzərdə tutulub. Bu mərhələni bitirdikdə şagirdlər mərkəzləşdirilmiş 

imtahanları verərkən Azərbaycan Respublikasının tam orta təhsil haqqında sənədinə malik olurlar.

Məktəbdə informatika kabinetləri, fənn laboratoriyaları yaradılıb. Fizika, kimya və biologiya laboratoriyalarının hamısı müasir tədris vasitələri ilə təmin edilib. Bu təhsil ocağında hər cür şəraiti olan yeməkxana və müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı qurulub. Bildirildi ki, hazırda məktəbdə 550 şagird təhsil alır. Bunlardan 30 faizi ABŞ, Avstraliya, Böyük Britaniya, Fələstin, Hollandiya, İordaniya, İtaliya, Kanada, Rusiya, Tailand, Türkiyə və başqa ölkələrdən olan şagirdlərdir.

Məktəbdə şagirdlərin təlim və tərbiyəsi ilə 100 müəllim məşğul olur. Onların arasında Böyük Britaniya, ABŞ, Kanada, Kolumbiya, İsveç, Rumıniya, Malayziya, Cənubi Afrika Respublikası və Nigeriyadan olan müəllimlər də var.

Dövlətimizin başçısının gənc nəslin intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Təhsilə dəstək” layihəsi çərçivəsində 2010-cu ilin noyabrında Bakı Oksford məktəbinin Şəmkir filialı fəaliyyətə başlayıb. Hazırda orada 220 şagird təhsil alır. Filialda Şəmkirlə yanaşı, Gəncə, Gədəbəy, Tovuz, Qazax və digər ətraf rayonlardan gələn şagirdlərə ən yüksək səviyyədə təhsil verilir. 2013-cü ildə isə hər cür şəraiti olan “Campus” binası inşa edilib.

Bildirildi ki, Bakı Oksford məktəbində şagird-müəllim-valideyn interaktiv şəbəkəsi yaradılıb. Bu, valideynlərə şagirdlərin davamiyyəti, müvəffəqiyyəti, davranışı, ev tapşırıqları haqda operativ-interaktiv məlumat əldə etməyə imkan verir. Məktəbin kitabxanası tədris planlarında nəzərdə tutulmuş fənlərə dair tədris-informasiya mənbələri ilə zənginləşdirilib. Məktəb fəaliyyətə başladığı gündən bir sıra nailiyyətlər əldə edib. Təhsildəki uğurlarına və yüksək standartlara görə Bakı Oksford məktəbi Kembric Beynəlxalq İmtahanlar Mərkəzi statusunu alıb. Bu statusa görə məktəb “Cambridge Checkpoint”, “İGCSE” proqramlarının tədrisi, imtahanların keçirilməsi və Kembric Beynəlxalq Sertifikatını təqdim etmək hüququnu qazanıb. 2006-cı ildə isə təhsil ocağı Avropa keyfiyyət mükafatına layiq görülüb. Hazırda Bakı Oksford məktəbi məzunlarına “İGCSE”, “A-LEVEL” sertifikatı və Azərbaycan Milli Sertifikatını verir.

Təhsil ocağının həyətində abadlıq və quruculuq işləri görülüb.

Bakı Oksford məktəbinin yeni binasının inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bunlar ilk növbədə, şagirdlərin elmlərin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Prezident İlham Əliyev təhsilin yüksək səviyyədə aparılması üçün tapşırıq və tövsiyələrini verdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Bakı Oksford məktəbinin yeni binasının açılışında iştirak edib VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb