Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində 2 gün qeyri-iş günü olacaq VİDEO
Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 24-25-də Qurban bayramı ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 26-27-də isə (şənbə və bazar günləri) vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
“ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.