Luis Hamilton ikinci test yürüşündə də qələbə qazanıb VİDEO
Bakı, 17 iyun, Səxavət Quliyev, AZƏRTAC
Formula-1 Avropa Qran-prisinin iyunun 17-də saat 17:00-da start götürən ikinci test yarışı da britaniyalı pilot Luis Hamiltonun qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Mercedes”in pilotu birinci test yarışında olduğu kimi, bu dəfə də bütün rəqiblərini geridə qoyub. L.Hamiltonun trek üzrə ən yaxşı göstəricisi 1 dəqiqə 44,233 saniyə olub.
İkinci yeri isə “Mercedes”in digər pilotu Niko Rosberq tutub. O, Hamiltondan 0,69 saniyə geri qalıb. Üçüncü yerin sahibi isə “Force İndia” komandasının pilotu Serxio Peres olub.