Azərbaycan Dövlət İnformasiya Agentliyi

XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib [YENİLƏNİB] VİDEO

Komandaların paradından sonra Braziliya Milli Olimpiya Komitəsinin prezidenti Karlos Artur Nuzman çıxış edərək XXXI Olimpiadanın ölkəsində keçirilməsindən qürur duyduğunu deyib. O, müxtəlif ölkələrdən olan atletlərin idman və sülh üçün bir araya gəldiyini bildirərək Rio-de-Janeyronun bu prosesə mühüm töhfə verməsindən məmnunluğunu ifadə edib.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax isə çıxışında Cənubi Amerikada ilk Olimpiadaya ev sahibliyi edən Braziliyanın bu mötəbər tədbiri yüksək səviyyədə keçirmək üçün ciddi hazırlaşdığını bildirib. Hazırda dünyada ciddi gərginliklərin olduğunu deyən T.Bax on mindən çox atletin mehribanlıq şəraitində mübarizə apararaq, Olimpiya Kəndində bir yerdə yaşayaraq, eyni hisləri bölüşdüklərini diqqətə çatdırıb. O, bu baxımdan Olimpiya qaçqın idmançılar komandasının dünyada milyonlarla qaçqında böyük ümidlər oyatdığını deyib.

Olimpiya hərəkatının və həmrəyliyinin inkişafındakı xidmətlərinə görə Keniya Milli Olimpiya Komitəsinin prezidenti, ikiqat Olimpiya çempionu Kipçoqe Keinoya BOK-un ilk dəfə təsis etdiyi xüsusi mükafat təqdim olunub.

Braziliya Prezidenti vəzifəsini icra edən Mişel Temer XXXI Yay Olimpiya Oyunlarını açıq elan edib.

Olimpiya bayrağı “Marakana” stadionuna gətirilib və Olimpiya himni səsləndirilib.

Sonra idmançıların, hakimlərin və məşqçilərin adından Olimpiya andı içilib.

Nəhayət, 26 min kilometrlik səyahətdən sonra Olimpiya məşəli “Marakana” stadionuna gətirilib. 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı Vanderlei Kordeiro de Limanın XXXI Yay Olimpiya Oyunlarının məşəlini alovlandırması ilə açılış mərasimi başa çatıb. XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

 

04:54

Atəşfəşanlıqdan sonra qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin artması, ekoloji problemlərin artması və bundan çıxış yolları ilə bağlı videoçarx nümayiş etdirilib. Filmdə meşələrin bərpası istiqamətində Braziliyada, o cümlədən Rio-de-Janeyroda həyata keçirilən tədbirlər əks etdirilib.

Sonra komandaların paradı başlayıb. İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin - Yunanıstanın idmançıları arenaya daxil olublar. Digər ölkələrin komandaları onun arxasınca əlifba sırası ilə gəliblər. Azərbaycan idmançıları Avstriyadan sonra stadiona daxil olublar.

 

03:45

Mərasim Braziliyaya həsr olunan videoçarxın nümayişi işə başlayıb. Bu videoda ölkənin təbiətini, idman ənənələrini əks etdirən görüntülər braziliyalı məşhur müğənni Gilberto Gilin 1969-cu ildə bəstələdiyi musiqinin müşayiəti ilə təqdim olunub.

“Marakana” stadionunda quraşdırılan böyük səhnədə Olimpiya Oyunlarının əsas dəyərlərindən sayılan sülhü təmsil edən görüntülər formalaşdırılıb. Sonra məşhur müğənni Paulinho da Violanın ifasında Braziliyanın dövlət himninin səsləndirilib və bu ölkənin bayrağı “Marakana” stadionunda qaldırılıb.

Daha sonra minlərlə projektor vasitəsilə “Həyatın yaradılışı” adlı kompozisiya təqdim olunub. Bu kompozisiyada ölkənin füsunkar təbiəti və aborigen əhalisi, portuqaliyalıların hücumu, Afrikadan kölələrin gətirilməsi, miqrant axını nəticəsində Braziliya xalqının formalaşması möhtəşəm görüntülərlə əks etdirilib. Kompozisiyanın növbəti hissəsində ölkənin inkişafı nəticəsində müasir şəhərlərin, meqapolislərin meydana çıxması parkur qrupların iştirakı ilə təqdim olunub.

Daha sonra Braziliyanın görkəmli şəxsləri haqqında elementlər təqdim edilib. Bu hissədə braziliyalıların təyyarənin banisi hesab etdikləri Alberto Santos-Dumontun təyyarə ilə uçuşu təsvir olunub. Braziliyalı bəstəkar Tom Jobimin nəvəsi Daniel Jobimin ifasında “İpanemalı qız” mahnısının sədaları altında səhnəyə bu ölkədən olan məşhur model Gizele Bündxen çıxıb. Sonra müxtəlif musiqi qrupları səhnədə çıxışlar ediblər və möhtəşəm atəşfəşanlıq olub.

 

03:01

Bakı, 6 avqust, AZƏRTAC

Avqustun 6-da Bakı vaxtı ilə saat 03:00-da Braziliyanın Rio-de-Janeyro şəhərindəki “Marakana” stadionunda XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasiminə start verilib.

AZƏRTAC xəbər verir ki, təşkilatçılar açılış mərasiminin möhtəşəm olacağını vəd etmişdilər. Açılış mərasimini braziliyalı məşhur rejissor Fernando Meirelyes və prodüser Daniela Tomas hazırlayıblar. Bu mərasim üçün 300 rəqqas, 5 min könüllü cəlb olunub. Mərasimdə istifadə olunması üçün 12 min kostyum hazırlanıb. Olimpiya Oyunlarının açılış mərasiminə televiziya, internet və s. vasitəsilə ümumilikdə üç milyard insanın baxacağı bildirilir. Açılış mərasimindən bir qədər əvvəl Olimpiya məşəlini Pelenin alovlandırmayacağı açıqlanıb.

Azərbaycan yığma komandası XXXI Yay Olimpiya Oyunlarına əvvəlki olimpiadalarla müqayisədə daha geniş tərkibdə - idmanın 18 növü üzrə 56 idmançı (57 lisenziya) ilə qatılıb. Bu, ötən Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdur. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunur. Olimpiadada ölkəmizi təmsil edəcək 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olacaq. İdmançıların paradında Azərbaycan bayrağını dünya çempionu, boksçu Teymur Məmmədov aparacaq. Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur.

Bundan əlavə, Azərbaycan XV Yay Paralimpiya Oyunlarında 24 idmançı ilə təmsil olunacaq. Paralimpiyaçılarımız “Rio-2016”ya idmanın 6 növü üzrə 41 lisenziya qazanıb.

“Rio-2016” bir sıra özünəməxsus cəhətləri ilə əvvəlki olimpiadalardan seçilir. Belə ki, Cənubi Amerikada ilk dəfədir Olimpiya Oyunları keçirilir. Rio-de-Janeyronun dörd rayonunda - Deodoro, Barra, Kopakabana və Marakanada 17 gün davam edəcək Olimpiadada 306 yarış keçiriləcək və ümumilikdə 2102 medal sahiblərinə təqdim olunacaq. XXXI Olimpiadada rekord saytda 206 ölkədən 11 mindən çox idmançı mübarizə aparacaq. İştirakçı 206 ölkədən başqa, Olimpiya qaçqın idmançılar komandası da mübarizəyə qoşulacaq. Olimpiya bayrağı altında mübarizə aparacaq bu komandanın tərkibində 10 idmançı var. Onlardan 5-i Cənubi Sudandan, 2-si Suriyadan, 2-si Demokratik Konqo Respublikasında, biri isə Efiopiyadandır. Olimpiadaya ən çox idmançı ilə qatılan ölkə ABŞ-dır. Bu ölkə dördilliyin zirvə yarışına 554 idmançı ilə qoşulub. Okeaniya ölkəsi olan Tuvalu isə Olimpiadaya cəmi bir idmançı - 100 metr məsafəyə qaçış yarışında mübarizə aparacaq atlet Etimoni Timuani ilə qatılıb. Kosovo və Cənubi Sudan ilk dəfədir Olimpiadada çıxış edir.

XXXI Yay Olimpiya Oyunlarında atletlər idmanın 39 növü üzrə mübarizə aparacaqlar. Qolf 112, reqbi isə 92 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarının proqramına salınıb. Bütün yarışlar 37 arenada təşkil olunacaq. Braziliya hökuməti təhlükəsizlik məsələlərini ən yüksək səviyyədə təmin etmək üçün ciddi hazırlaşıb. Hökumət bu məqsədlə 55 ölkədən 85 min əməkdaş cəlb edib. Bu, London Olimpiadasındakından iki dəfə çoxdur.

XXXI Yay Olimpiya Oyunlarının möhtəşəm açılış mərasimi keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib