Azərbaycan Dövlət İnformasiya Agentliyi

Biləsuvar Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib [YENİLƏNİB] VİDEO

Biləsuvar, 3 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Biləsuvarda 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasının açılış mərasimində iştirak edib.

Səhiyyə naziri Oqtay Şirəliyev Prezident İlham Əliyevə burada aparılan əsaslı təmir və yenidənqurma işləri barədə məlumat verdi. Qeyd olundu ki, Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının əvvəlki binası 1974-1976-cı illərdə inşa edilib və yararsız vəziyyətə düşmüşdü.

Xəstəxana binasının əsaslı təmirinə 2013-cü ildə başlanılıb və yenidənqurma işləri 2016-cı ilin iyul ayında başa çatdırılıb. Bu tibb ocağının ərazisi 4 hektardan çoxdur və əsaslı təmir işləri aparılan binaların ümumi sahəsi 9477 kvadratmetr təşkil edir.

Dövlətimizin başçısına xəstəxananın ərazisində inşa edilən əsas və müxtəlif təyinatlı digər binalar barədə də məlumat verildi. Bildirildi ki, xəstəxanada 8 şöbə fəaliyyət göstərir. Bunlar cərrahiyyə, doğum, travmatologiya, infeksion xəstəliklər, dializ, kompyuter tomoqraf olmaqla şüa-diaqnostika, intensiv terapiya və poliklinika şöbələridir. Bu tibb ocağının bütün korpusları ən müasir standartlara cavab verir. Burada əhaliyə ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılıb.

Xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

-Biləsuvar Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmirdən sonra açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl xəstəxanadır. Bu xəstəxana, bildiyiniz kimi, 1970-ci illərdə tikilmişdir. Təmirə ehtiyacı var idi. Vaxtaşırı cari təmir aparılırdı. Ancaq sonra qərara gəldik ki, əsaslı təmir olunsun. İndi xəstəxana ilə tanış olarkən görürəm ki, hər şey ən yüksək səviyyədədir. Həm avadanlıq, həm təchizat, eyni zamanda, xəstəxananın şəraiti çox yaxşıdır. Bütün palatalar çox səliqəli, abaddır. Bu xəstəxana nümunəvi xəstəxanalardan biri olacaq. Əslində, son vaxtlar Azərbaycanda tikilən, yaxud da ki, təmir olunan bütün tibb ocaqları bu səviyyədədir. Bu, Azərbaycan standartıdır. Çünki Azərbaycan vətəndaşları ən gözəl tibbi xidmətlə təmin olunmalıdırlar.

Eyni zamanda, bu xəstəxana burada çalışan həkimlər üçün iş yeridir. Onların iş yeri indi çox gözəl vəziyyətdədir. Xəstəxananın əvvəlki vəziyyəti sizə bəllidir, bu barədə danışmaq istəmirəm. Əsas odur ki, indi Biləsuvarda da Mərkəzi Rayon Xəstəxanası bütün standartlara cavab verir.

Bu zonada, həmçinin ölkəmizin bütün bölgələrində yeni xəstəxanalar ya tikilib, ya da ki, əsaslı təmir olunub. Son 13 il ərzində 600-dən çox tibb ocağı yenidən qurulub, tikilib. Bu, səhiyyə sistemimizin inkişafı üçün çox böyük uğurdur, böyük nailiyyətdir və nəticədir. Bakı şəhərində isə ən böyük xəstəxanalar tikilib, təmir edilib.

Bu gün səhiyyə sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi işi demək olar ki, başa çatır. Bir neçə rayonda işlər davam etdirilir, o cümlədən bu yaxınlarda Masallıda xəstəxana istifadəyə veriləcək. İndi əsas məsələ ondan ibarətdir ki, insanlara keyfiyyətli xidmət, qayğı göstərilsin. Bu istiqamətdə də işlər gedir. Əminəm, yeni müasir avadanlıqla işləyə bilən həkimlər də təcrübə toplayıblar, kurslar keçiblər ki, xəstələrə yaxşı xidmət göstərsinlər.

Sağlamlıq hər bir insan üçün, dövlət üçün çox önəmlidir. İnsan sağlamlığını şərtləndirən bir neçə amil var. Onların arasında əlbəttə ki, tibbi xidmət birinci yerdədir. Bununla bərabər, sağlam həyat tərzi, gözəl ekoloji vəziyyət, fiziki fəallıq, təmiz ərzaq məhsulları da, əlbəttə ki, öz rolunu oynayır. Ancaq tibbi müayinə və müalicə xüsusi yer tutur. Yaxşı bilirsiniz ki, artıq bir neçə ildir Azərbaycanın bütün bölgələrində diaqnostika işləri aparılır, tibbi müayinə proqramı icra edilir. Hər il milyonlarla insan pulsuz müayinədən keçir, onların xəstəlikləri aşkarlanır və sonra müalicə təyin edilir.

Mən son 13 il ərzində açdığım bütün xəstəxanaların tədbirlərində bu məsələyə toxunuram. Bir daha demək istəyirəm ki, hər bir vətəndaş ildə bir dəfə diaqnostikadan keçməlidir, xüsusilə indiki şəraitdə ki, bütün imkanlar var. Qan analizləri, ultrasəs, rentgen. İndi həkimlərin tövsiyəsi ilə hər bir vətəndaş özünə yaxşı baxmalıdır. Bu, ilk növbədə vətəndaşın özünə lazımdır. Digər tərəfdən, Azərbaycan xalqı daha da sağlam olmalıdır. Xüsusilə bizim veteranlarımız, uşaqlarımız, gənc nəsil sağlam olmalıdır. Bütün insanlar sağlam olmalıdır. Bax, bu xəstəxanaların tikintisi bu məqsədi güdür.

Qeyd etdiyim kimi, son illər ərzində 600-dən çox tibb müəssisəsi istismara verilib. Bu məqsədlərə çox böyük dövlət vəsaiti xərclənib. Biz bunu edirik. Çünki sosial sahə həmişə olduğu kimi, prioritet təşkil edir. Bu gün də belədir, sabah da belə olacaq. Çünki biz insanlar üçün çalışırıq. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Bununla bərabər, əlbəttə ki, iqtisadi inkişaf olmasa, bu işləri də görmək mümkün deyil. Bir çox ölkələr, hökumətlər var ki, onlar da istərdilər belə gözəl işləri görsünlər. Sadəcə olaraq, imkanları yoxdur. Bizim də vaxtımız var idi ki, istəyirdik edək, imkanımız yox idi. Biz o imkanı yaratdıq. Bu gün iqtisadi cəhətdən qüdrətli Azərbaycan bu sahələrə də böyük vəsait ayırır. Nəinki bu sahələrə, bütün sahələrə - infrastruktur layihələri, sosial infrastruktur layihələri, məktəb binalarının, idman komplekslərinin tikintisi.

Biz bunu Biləsuvar rayonunun timsalında görə bilərik. Üç il bundan əvvəl Biləsuvarda mənim iştirakımla içməli su layihəsinin açılışını qeyd etdik. İndi şəhər əhalisi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilir. Biləsuvar rayonunun qazlaşdırılması prosesi başa çatıb. Bütün məntəqələr qaz təchizatına qoşulubdur. İndi Biləsuvar rayonunun 25 kəndinin hamısında qaz var. Yəni, qazlaşdırma 100 faizdir. Biz hələ ölkə üzrə 100 faiz səviyyəsinə çatmamışıq. Ona yaxınlaşırıq. Biləsuvarda biz bunu artıq görürük. Üç böyük kənd yolu layihəsi icra edilib. Kəndlərin əksəriyyətinə gedən yollar abadlaşıb. Bakı-Astara-İran sərhədi magistral yolu çəkilir, Olimpiya kompleksi, digər müəssisələr.

Əlbəttə ki, kənd təsərrüfatı ilə bağlı böyük işlər görülür, burada zavodlar fəaliyyət göstərir. Bu da çox önəmlidir. Son vaxtlar pambıqçılığa böyük dəstək verilir və bu, əhali tərəfindən yaxşı qarşılanır. 1970-1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin fəal işi nəticəsində Azərbaycanda pambıqçılıq çox geniş vüsət almışdı. İnsanlar çox böyük maddi imkanlar əldə etmişlər. Əfsuslar olsun ki, sonralar bu sahə yavaş-yavaş tənəzzülə uğradı. İndi biz bunu bərpa edirik. Mənə verilən məlumata görə, bu il Biləsuvar rayonunda altı min hektarda pambıq əkilibdir. Keçən il iki min hektar idi. Sovet vaxtında 14 min hektar əkilirdi. Gələn il isə on min hektar əkiləcək. Biz bunu qısa müddət ərzində görülən tədbirlər nəticəsində əldə edirik və bu, məşğulluq deməkdir. Əgər hər hektarda orta hesabla iki nəfər işləsə, bu, artıq gələn il 20 min insanın işlə təmin olunması deməkdir.

Kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir. Emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var. Bu işlər daha da sürətlə getməlidir. İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır. Sahibkarlar da buna çox müsbət reaksiya verirlər. İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır.

Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq. Biz bu maliyyə imkanlarımızı da sosial layihələrə yönəldəcəyik - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemlərinin həlli. Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq.

Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq. Ona görə də daxili resursları artırmalıyıq. Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir. Bizim çox böyük potensialımız var. Sadəcə olaraq, biz bu potensialdan 100 faiz istifadə etməliyik. Sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq, şəffaflıq inkişaf etməlidir.

Biz bu gün Masallıda “ASAN xidmət” Mərkəzinin açılışını qeyd etdik. Bu Mərkəz bu zonaya da xidmət göstərəcək. Gələcəkdə digər rayonlarda da açılacaq. Yəni, hərtərəfli inkişaf budur.

Əminəm ki, Biləsuvar rayonu bundan sonra da uğurla inkişaf edəcək. Rayonda çox gözəl quruculuq, abadlıq işləri görülür. Rayonun siması yaxşılaşır, gözəlləşir. Rayonda mənim köhnə dostlarım da var. Mən onları da salamlayıram. Yadımdadır, 2000-ci ildə mən Lənkərana gedirdim, bu yoldaşı yolda gördüm. Məni bayraqla salamlayırdı. O vaxt bizim olimpiyaçılarımız yaxşı nəticə qazanmışdılar. Maşını saxlatdım, elə o vaxtdan tanış olduq, o vaxtdan da dostluq edirik.

Sakin: Mən Sizinlə fəxr edirəm. Siz Azərbaycanı dirçəltdiniz. Allaha and olsun, Sizin bütün işlərinizlə fəxr edirəm. Təzə su də çəkdirmisiniz, içdim, bir az da cavanlaşdım. Ömrünüz su qədər uzun olsun.

Prezident İlham ƏLİYEV: Çox sağ ol. Sizi bir daha təbrik edirəm.

Həkim Vəsilə Həsənova: Möhtərəm Prezident, bu gün bütün biləsuvarlılar böyük sevinc içindədir. Sizin tapşırığınıza əsasən mərkəzi xəstəxanamız əsaslı təmirdən sonra istifadəyə verilib. Belə gözəl, yüksək səviyyəli, müasir tibbi avadanlıqla təchiz olunmuş səhiyyə ocağı biz biləsuvarlılar üçün böyük töhfədir. Belə bir hədiyyəni bizə bəxş etdiyiniz üçün Sizə əhalimiz və səhiyyə işçilərimiz adından böyük minnətdarlığımızı bildiririk. Çox sağ olun. Var olun, möhtərəm cənab Prezident.

Prezident İlham ƏLİYEV: Sağ olun.

X X X 

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Biləsuvar Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib [YENİLƏNİB] VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb