SİYASƏT


Ağcabədinin Hindarx qəsəbəsi düşmənin artilleriya atəşinə məruz qalıb FOTO

Ağcabədi, 3 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Şanlı Azərbaycan Ordusu qarşısında aciz qalan düşmən təmas xəttinə yaxın məsafədə yerləşən kəndlərlə yanaşı, uzaqda olan yaşayış məntəqələrini də artilleriya atəşinə tutur. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmənin artilleriya atəşinə məruz qalan yaşayış məntəqələrindən biri də Ağcabədi rayonunun Hindarx qəsəbəsidir.

Hindarx qəsəbə sakini Asif Məmmədovla söhbət zamanı bildirib ki, dağılan evin tikintisi yeni başa çatmışdı: “Xain düşmənin atəşi nəticəsində evin yaxınlığında mərmi partladı. Ordumuza gücü çatmayan faşist ermənilər mülki əhalinin yaşadığı yerlərə atəş açır. Lakin bu bizi qorxutmur, ruhdan salmır. Əminik ki, ordumuz tezliklə torpaqlarımızı azad edəcək. Qələbə bizimdir!”.

Hazırda düşmən Hindarx qəsəbəsini artilleriya atəşinə tutmaqda davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.