REGİONLAR
Ağdaşda çəltik sahələrində məhsul yığımı davam edir
Ağdaş , 8 oktyabr, AZƏRTAC
Ağdaş rayonunda cari mövsümdə 600 hektar sahədə çəltik yetişdirilib və hazırda məhsul yığımı davam edir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, artıq 320 hektardan çox sahədə biçin aparılıb. Hər hektardan 30 sentnerdən çox məhsul əldə olunub. Rayonun Yuxarı Nemətabad, Ovculu, Xosrov kəndlərində və bir sıra digər ərazilərdə torpaq mülkiyyətçiləri bazarlarda öz keyfiyyəti ilə seçilən yerli düyünün istehsalına daha çox maraq göstərirlər.
Ağdaşlı fermerlər “Ağ mirvari”, “Qırmızı mirvari”, “Çappa” və “Ağ qılçıqlı” düyü növlərinin əkininə daha çox üstünlük veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]