MƏDƏNİYYƏT


Ələddin Yılmaz: Azərbaycandan gətirilən əsərlər Boludakı Koroğlu muzeyini zənginləşdirəcək

Bolu, 21 mart, AZƏRTAC

Koroğlu deyəndə Bolu, Bolu deyəndə Koroğlu yada düşür. Arzu edirik ki, Koroğlunu xalq qəhrəmanı kimi sevən bütün insanlar, o cümlədən azərbaycanlılar şəhərimizə gəlib burada ucaldılan möhtəşəm abidəni seyr edə bilsinlər.

Bu fikri AZƏRTAC-a müsahibəsində Bolu şəhər bələdiyyəsinin sədri Ələddin Yılmaz deyib. Boluda Koroğlunun nəhəng abidəsinin ucaldılmasını tarixi hadisə adlandıran bələdiyyə sədri vurğulayıb ki, türksoylu xalqlar bu vaxta qədər ortaq el qəhrəmanımızın adını əbədiləşdirmək üçün böyük işlər görüblər.

“Boluda belə bir abidə ucaldılması türksoylu xalqların öz soy kökünə və tarixinə birgə ehtiramının nümunəsidir. Əminəm ki, türk dünyasının ayrı-ayrı məkanlarından, eləcə də Azərbaycandan gətirilən əsərlər Boludakı Koroğlu muzeyini daha da zənginləşdirəcək”, - deyə Ələddin Yılmaz bildirib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bolu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.