İQTİSADİYYAT
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytı yenilənib
Bakı, 21 avqust, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet saytı (www.emdk.gov.az) yeni dizayn və tərtibatda fəaliyyətə başlayıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, saytın strukturu təkmilləşdirilərək yeni funksional bölmələr əlavə edilib və ən son texnologiyalar tətbiq edilməklə dizayn dəyişiklikləri aparılıb.
Sayt 2 dildə -azərbaycan və ingilis dilində məlumat bazası ilə zənginləşdirilən resurslarla vətəndaşların istifadəsinə verilib.
Baş səhifədə “Komitə haqqında”, “Qanunvericilik”, “Hesabatlar”, “Müsabiqə və hərraclar”, “Layihələr”, “Media”, “Könüllü fəaliyyət”, “Vətəndaşlar üçün”, “Əlaqə” bölmələri daha da təkmilləşdirilib, istifadə baxımından saytın rahatlığı təmin edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]