REGİONLAR


Astaralı idmançılar açıq birincilikdə 9 medal qazanıblar

Masallı, 11 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunda Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsinə həsr edilmiş qarışıq döyüş növləri üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən açıq rayon birinciliyində astaralı idmançılar uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda astaralı idmançılardan Seymur Həsənov 30, Hüseyn Həsənzadə 35, İsa Hüseynov 50 və Pərviz Huseynov 55 kiloqram çəki dərəcələrində birinci, Qulam Əkbərli 35, Əlif Əliyev 55 kiloqram çəki dərəcələrində ikinci, Ali Hüseynov 25, Rahid Məhəmmədzadə 30, Hacı Əliyev 35 kiloqram çəki dərəcələrində üçüncü yerlərə sahib olublar.

Astaralı idmançıları yarışa budo döyüş növləri üzrə məşqçi-müəllimlər Vüsal İskəndərli, VI dan qara kəmər ustası Ramiq Rəhmanov və III dan qara kəmər ustası Zamin Baxşıyev hazırlayıblar.

İyunun 11-də Astara Rayon Gənclər və İdman İdarəsində açıq birincilikdə uğur qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən idarənin rəisi Ərçə Əliyev rayon idmançılarını əldə etdikləri idman naliyyətləri münasibətilə təbrik edərək, ölkəmizdə bədən tərbiyəsi və onun inkişafı sahəsində görülən işlərdən, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.