SİYASƏT


Avropada yaşayan soydaşlarımız Angela Merkelin Azərbaycana nəzərdə tutulan səfərini alqışlayırlar

Bakı, 21 avqust, AZƏRTAC

Almaniya Kansleri, beynəlxalq siyasi səhnənin nüfuzlu fiqurlarından olan Angela Merkelin Cənubi Qafqaza ilk səfəri region və dünya mediasının diqqət mərkəzindədir. Bu səfər Azərbaycan üçün bir çox baxımdan ciddi və əhəmiyyətli hadisə hesab olunur.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, səfər ərəfəsində Almaniyada yaşayan azərbaycanlılar xanım Merkelə müraciət edərək ölkələrimiz arasında münasibətlərin tarixinə kiçik ekskurs edib, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, ticarət dövriyyəsi, mədəni əlaqələrin bugünkü mənzərəsi barədə fikirlərini bildirib, bundan sonrakı əməkdaşlığımızın daha yüksək keyfiyyət nöqtəsinə çatacağına inandıqlarını bəyan ediblər.

Olduqca müsbət haldır ki, sağlam düşüncəli soydaşlarımızın Merkelin bölgəyə səfəri, dövlətlərimiz arasında münasibətlərin mövcud səviyyəsi, Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın nizamlayıcı rolu və digər bu kimi mühüm məsələlərlə bağlı fikirlərinin əks olunduğu yazılar Almaniya mətbuatında geniş yer alıb. Yazılarda Almaniya-Azərbaycan münasibətlərinin istiləşməsindən ehtiyatlanan, Azərbaycanı sevməyən ermənipərəst qüvvələrin maliyyələşdirdiyi bəzi qrupların Angela Merkelin Azərbaycana səfərinin əhəmiyyətinə kölgə salmaq cəhdlərindən də bəhs edilir. Qeyd olunur ki, kiçik təxribatçı “qruplar”ın nümayiş etdirdikləri mövqenin vətənpərvər, dövlətlərimiz arasında münasibətlərin davamlı və möhkəm olmasında maraqlı olan azərbaycanlıların mövqelərinə heç bir aidiyyəti və təsiri yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.