İDMAN


Azərbaycan Premyer Liqası: “Qəbələ”-“Sabah” oyununda qalib müəyyənləşməyib

Bakı, 14 may, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.

AZƏRTAC xəbər verir ki, günün ilk oyununda "Qəbələ" və "Sabah" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.

Qonaqlar oyuna bir çox itki ilə çıxıb. Filip İvanoviç cəza, Amadu Diallo, Kevin Kubemba və Fofana Tiemoko isə zədə səbəbindən matçda iştirak etməyib.

Qarşılaşmada hesab 28-ci dəqiqədə açılıb. Bakı klubunun heyətində Xolio Sezar Rodriges fərqlənib. İlk hissədə qapılara başqa qol vurulmayıb. İkinci yarıya da fəal başlayan "Sabah" komandası 59-cu dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə Slavik Alxasov adını tabloya yazdırıb. Lakin Masazır təmsilçisi üstünlüyünü qoruyub saxlaya bilməyib. Oyunun 63-cü dəqiqəsində "Qəbələ"nin hücumçusu Nikolas Raysel buraxılan toplardan birinin əvəzini çıxıb. Cəmi 2 dəqiqə sonra Stefan Vukçeviç hesabı bərabərləşdirərək yekun nəticəni müəyyənləşdirib.

Bu heç-heçədən sonra xallarını 26-ya çatdıran "Sabah" və "Qəbələ" müvafiq olaraq 5-ci və 6-cı pillələri bölüşdürür.

Qeyd edək ki, turun bu gün keçiriləcək digər 3 oyununda "Sumqayıt" "Neftçi"ni, "Qarabağ" "Keşlə"ni, "Zirə" "Səbail"i qəbul edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.