Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan alimləri Yunanıstanda elmi tədqiqatlar aparıblar

Bakı, 19 oktyabr, AZƏRTAC

Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Yunanıstanın Saloniki şəhərinin Beynəlxalq Ellin Universitetində Azərbaycandan bir qrup alim elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində elmi tədqiqat aparıblar.

Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.

Layihənin 2018-ci il üzrə ilk tədbirləri aprelin 19-dan 21-dək Beynəlxalq Ellin Universitetində keçirilib. Aprelin 19-da Zaur Həsənovun iştirakı ilə layihənin orta-rüb hesabat seminarı olub. Seminarı professor Karl Kayzer və onun həmkarı Dominik Qutmeyr aparıblar. Seminarda Horizon 2020 Maria Skladovska Küri proqramı layihələri üzrə məsləhətçi Adam Valenndzik milli əlaqələndiricilərin hesabatlarını qəbul edib.

Aprelin 20-21-də Beynəlxalq Ellin Universitetində layihənin “İnstitutların yaranması və xarici hakimiyyət altında tədqiqatlar” adlı konfransı keçirilib. Zaur Həsənov konfransın “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” bölməsinin moderatoru qismində, habelə həmin bölmədə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun üç əməkdaşı iştirak edib. Tarix üzrə elmlər doktoru İradə Bağırova “XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı”, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundova “XIX əsrdə Azərbaycan maarifçilərinin şərqşünaslıq tədqiqatlarına töhfəsi”, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə isə “Avropa Yeni çağının fikirlərinin Azərbaycanda modernləşdirici ictimai fikrə təsiri (XIX əsr)” mövzuları ilə çıxış ediblər.

2018-ci il iyulun 7-dən 10-dək Arxeologiya və Etnoqrafiya İnstitutunun iki əməkdaşı - Zaur Həsənov və Orxan Zamanov, həmçinin Tarix İnstitutunun əməkdaşı Nərgiz Axundova Beynəlxalq Ellin Universitetində elmi ezamiyyətdə olublar.

Zaur Həsənov və Orxan Zamanov universitetin “Antik arxeologiya və Makedoniyanın qədim tarixi” ingilis dilli magistr proqramının rəhbəri, antik dövr arxeologiyası üzrə mütəxəssis, professor Manolis Manoledakislə və onun əməkdaşı doktor Nikos Akamatislə görüşüblər. Görüş zamanı gələcəkdə bu proqram çərçivəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsi ilə əməkdaşlıq haqqında danışıqlar aparılıb.

Layihə iştirakçıları, həmçinin Saloniki şəhərinin məşhur və qocaman ali təhsil müəssisəsi olan Aristotel Universitetinin tarix və arxeologiya fakültəsinin dekanı professor Emmanuel Voutirasla və fakültənin professoru Barbara Şmidt-Dounasla görüşüblər. Azərbaycanlı alimlər görüş ərzində antik dövr arxeologiyası problemlərinə dair elmi diskussiya aparıb, yeni tədqiqat mövzuları və nəşrlərlə tanış olub, yerli alimlərin iş metodikası ilə maraqlanıblar. Müxtəlif bölgələrdə antik dövr xronologiyası problemi diskussiyaların xüsusi maraq mərkəzində olub.

Beynəlxalq Ellin Universitetinin professoru, Horizon 2020 layihəsinin Yunanıstan üzrə milli əlaqələndiricisi Giorgos Antoniou azərbaycanlı layihə iştirakçıları ilə görüşüb, onlarla elmi və akademik fəaliyyətin inkişafı məsələlərini müzakirə edib. Həmçinin layihə çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə elmi işlərin aparılması perspektivləri başlıca müzakirə mövzusu idi. AMEA-nın alimləri, həmçinin Makedoniya Tarix Cəmiyyətinin əməkdaşları professor İakovos Mixailidis və tədqiqatçı Aleksandra Perhanidou ilə görüşüb, geniş fikir mübadiləsi aparıb və cəmiyyətin fəaliyyətilə tanış olublar.

Horizon 2020 proqramı üzrə Yunanıstanda elmi ezamiyyətdə olan azərbaycanlı alimlər Beynəlxalq Ellin Universitetinin və Aristotel Universitetinin kitabxanalarında elmi tədqiqat işləri aparıblar.

Salonikidə olduqları müddətdə Azərbaycan nümayəndələri şəhərdəki və ondan kənarda yerləşən dünya şöhrətli tarixi və arxeoloji abidələri ziyarət edib, unikal tapıntıların saxlanıldığı muzeylərdə olublar. Qeyd edilənlərə Qədim Makedoniyanın tarixi paytaxtlarının xarabalıqları olan Vergina və Pela qədim şəhər yerləri, Verginada Makedoniyalı İsgəndərin atası İkinci Filippin mavzoleyi aiddir. Həmçinin Salonikidəki nəhəng arxeoloji muzeyin və açıq hava altındakı “Roma Aqorası” arxeoloji muzeyinin materialları ilə tanış olublar. Layihə iştirakçıları Saloniki şəhərində yerləşən Mustafa Kamal Atatürkün doğulduğu ev-muzeyini də ziyarət ediblər. Muzey şəhərin ən məşhur turizm yerlərindən biridir.

Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov Beynəlxalq Ellin Universitetində layihə çərçivəsində elmi tədqiqatlarını davam etdirməkdədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada partlamamış sursata görə gəmilərin hərəkəti dayandırılıb

BMT: Terrorçu qruplar süni intellektdən getdikcə daha fəal istifadə edir

Finlandiyada dünyanın ən böyük “Runeberq” tortu hazırlanıb

Volodimir Zelenski: Müharibədə 55 min ukraynalı hərbçi həlak olub

4SİM 15 müəssisəyə transformasiya üzrə yol xəritəsi təqdim edib

Zelenski Ukrayna və Rusiya nümayəndələrinin Əbu-Dabidə görüşünün ilkin nəticələrini açıqlayıb

"Qalatasaray" Türkiyə Kubokunda növbəti qələbəsini qazanıb

Avropa İttifaqı səfirləri Ukrayna üçün 90 milyard avroluq kreditin detallarını razılaşdırıb

Serbiya XİN-nin dövlət katibi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında olub

Azərbaycanın qadın güləşçiləri ilin ilk yarışına çıxırlar

Qarlı Bakı havası

Bakıda bəzi yollarda sürət həddi aşağı salınıb

Ərdoğan: Türkiyənin Misirdə investisiyalarının həcmi 4 milyard dollara çatıb

Nazir: Ukraynaya qarşı müharibə Rusiyanın özünün ziyanınadır

Azərbaycan Kuboku: "Sabah" - "Qəbələ" oyununda hesab açılmayıb

Tokayev: Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir

Pakistanın Baş naziri: Prezident İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır

Şahbaz Şərif: Münaqişələr məngənəsində olan dünyada Prezident İlham Əliyevin qətiyyətli və cəsarətli rəhbərlik keyfiyyətləri hər zaman görünüb

Ərdoğan: Türkiyə olaraq bölgəmizdə və dünyada əmin-amanlıq, sülh, rifah və sabitliyə yönələn bütün təşəbbüsləri dəstəkləyirik

Qazaxıstan və Pakistan arasında Trans-Xəzər nəqliyyat dəhlizinin inkişafı müzakirə edilib

Türkiyə Prezidenti: Misirlə ticarət dövriyyəmizi 15 milyard dollara yüksəltməyi qarşıya məqsəd qoymuşuq

Ukraynanın Drujkovka şəhəri kaset mərmiləri və bombalarla vurulub

Si Cinpin: Tayvanın Çindən ayrılmasına heç vaxt icazə verilməyəcək

ABŞ Dövlət katibi: İranla danışıqların mənalı olması üçün ballistik raketlər məsələsinin də müzakirəsi aparılmalıdır

Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

Donald Tramp: Prezident Si ilə son dərəcə münasibətlərim var

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib  Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB 2  VİDEO

Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimi keçirilib
Prezident İlham Əliyevə mükafat təqdim olunub YENİLƏNİB 2 VİDEO

Marko Rubio: Rusiya-Ukrayna məsələsində real irəliləyiş əldə etmişik

Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı VİDEO

Ədalətin təntənəsi: Xalqımıza qarşı cinayət törədənlər cəzasız qalmadı VİDEO

Qrenlandiyada temperatur rekordu iqtisadiyyatın yenidən istiqamətlənməsinə səbəb olub

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

Prezidentin BƏƏ-yə səfəri Azərbaycan-Körfəz münasibətlərini strateji müttəfiqlik mərhələsinə yüksəldir ŞƏRH

Şərurun dağlıq ərazisində biotexniki tədbir keçirilib

TÜRKPA ilə TÜİB arasında əlaqələr daha da gücləndirilir

İspaniyalı memar: Bakıda həm ictimai məkanlara, həm də müasir memarlığa fəal investisiya yatırılır - MÜSAHİBƏ

Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar VİDEO

Parklar arasında piyadaların hərəkəti: mövcud vəziyyət və yanaşmalar VİDEO

Azərbaycan-İrlandiya parlamentlərarası əlaqələri inkişaf edir

Qış Olimpiya Oyunlarına geri sayım: Dünyanın diqqəti fonunda 3500 idmançı, 5,3 milyard avro

Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərin tənzimlənməsində etibarlı platforma kimi də çıxış edir ŞƏRH

Qarşılıqlı səfərlər, güclənən əməkdaşlıq: Bakı–Əbu-Dabi xətti VİDEO

Qarşılıqlı səfərlər, güclənən əməkdaşlıq: Bakı–Əbu-Dabi xətti VİDEO

Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib

Ekspert: Qar və yağışların həcminin artması ölkədə su ehtiyatlarına müsbət təsir göstərir

Azərbaycan Kuboku: 1/4 final mərhələsi qolsuz heç-heçə ilə başlayıb

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür VİDEO

Növbəti taxıl yüklü qatar Azərbaycandan tranzit keçməklə Ermənistana yola düşür VİDEO

WUF13 üzrə Könüllülük Proqramı çərçivəsində “Dayanıqlı şəhərsalma və Davranışlar” mövzusunda 1000-ə yaxın iştirakçı üçün təlimlər keçirilir

Ölkə üzrə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə başlanılıb

Şimal bölgəsindən 447 şagird RFO-nun yarımfinal mərhələsinə vəsiqə qazanıb

Məleykə Abbaszadə: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərlə bağlı nazirliyə müraciət etmişik VİDEO

Məleykə Abbaszadə: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərlə bağlı nazirliyə müraciət etmişik VİDEO

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Belarus Dövlət Universiteti ilə Coğrafiya İnstitutu arasında memorandum imzalanıb

Ermənistanın Baş naziri: Sülh hər bir kəsə lazımdır

Sabunçu rayonunda oğurluq edən şəxslər saxlanılıblar

“Cəsur kəşfiyyatçı” kitabının təqdimatı keçirilib

Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA

“SOCAR Energy School” sertifikat proqramı çərçivəsində “Hidrogen Texnologiyaları” mövzusu müzakirə edilib

Paşinyan: Ermənistan və Azərbaycan münaqişə dövrünü geridə qoyublar

Çin və ABŞ liderlərinin telefon danışığı olub

Prezident: Hazırda Ermənistanla ticari münasibətlərimizi genişləndiririk

Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində “Dizayn günləri” formatında praktiki sessiyalar keçirilib

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətləri Sammitində

Baş katib: Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirən strateji marşruta çevrilir - MÜSAHİBƏ VİDEO

Baş katib: Orta Dəhliz qlobal təchizat zəncirlərinin dayanıqlığını gücləndirən strateji marşruta çevrilir - MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhə verdiyi töhfəyə görə Donald Trampa təşəkkür edib

"GəncTALKS"ın iştirakçısı: Güclü tərəflərinizi kəşf edin VİDEO

"GəncTALKS"ın iştirakçısı: Güclü tərəflərinizi kəşf edin VİDEO

Azərbaycan Prezidenti: Biz sülh şəraitində yaşamağı öyrənirik

DİM imtahan rəhbərlərini və nəzarətçiləri mükafatlandırıb

Prezident İlham Əliyev: Bu mükafatı almaq mənim üçün böyük şərəfdir

Havaya qalxarkən təkəri düşən “British Airways”ə məxsus təyyarə uçuşa davam edib

Güləş üzrə Azərbaycan çempionatında daha 4 çəkidə finalçılar müəyyənləşib

Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür FOTO VİDEO

Lənkərançayda suyun səviyyəsi artıb - qabaqlayıcı tədbirlər görülür FOTO VİDEO

Norveçdə vəliəhd şahzadənin oğlunun işi üzrə məhkəmə prosesi keçirilir

Yanq Ta Kim: Azərbaycanın yanaşmaları Orta Dəhlizin strateji əhəmiyyəti ilə bağlı konsensusun formalaşmasına töhfə verir

İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

“Qalatasaray”ın yeni transferi İstanbula gəlib

® “Rabitəbank” Azərbaycanda İslam bankçılığı üzrə mudaraba və murabaha məhsullarının tətbiqinə başlayıb

Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparır VİDEO

Polis hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində xidmət aparır VİDEO

Venesuelada neft hasilatı və ixracı ABŞ qanunlarına uyğun həyata keçiriləcək

WUF13-ün Bakıda keçirilməsi Azərbaycana etimadın göstəricisidir

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətlərində yeni mərhələ - ŞƏRH

Gələcəkdə Xankəndidə kibertəhlükəsizlik üzrə ixtisaslı mütəxəssislər hazırlanacaq - Açıqlama VİDEO

Gələcəkdə Xankəndidə kibertəhlükəsizlik üzrə ixtisaslı mütəxəssislər hazırlanacaq - Açıqlama VİDEO

Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-BƏƏ əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Azərbaycanın U-19 yığması Özbəkistana qalib gəlib

Postmüharibə dövründə 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib

ITF baş katibi: Azərbaycan Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət verir

Salyanda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan florasında endemik bitkilərin vəziyyəti elmi əsaslarla tədqiq edilir

Sürücülərin nəzərinə: Şimal bölgəsində yolların buz bağlama ehtimalı var VİDEO

Sürücülərin nəzərinə: Şimal bölgəsində yolların buz bağlama ehtimalı var VİDEO

X sosial şəbəkəsinin təmsilçiləri Fransadakı ofislərində aparılan axtarışın əsassız olduğunu bildiriblər

Qardabanidə tarixi məscid əsaslı təmirdən sonra dindarların ixtiyarına verilib

Azərbaycanda ESG və dayanıqlı inkişaf gündəliyi: normativ çərçivədən strateji inteqrasiyaya doğru – MÜSAHİBƏ

Mərkəzi Elmi Kitabxanada Gənc Alim və Mütəxəssislər Şurası yaradılıb

Rusiya Federal Gömrük Xidməti Azərbaycanla sertifikatların elektron mübadiləsini hazırlayır

Masallıda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu məlum olub

Özbəkistan məhz Azərbaycan üzərindən Avropa ilə idxal-ixrac əməliyyatlarını həyata keçirə bilər - AÇIQLAMA

Bərdədə “Venera” kafesində nöqsanlar aşkarlanıb

Baş direktor: Azərbaycanda hər bir xəstə narkoloji müəssisədə müalicə ala bilir

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

Ukraynaya cari ildə ilk ABŞ mayeləşdirilmiş təbii qazı çatdırılıb

Fransa Nuuka baş konsul təyin edib

BSU-da “İnklüziv bankçılıq” mövzusunda təlimin yekun görüşü təşkil edilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Zəngəzur dəhlizi ilə bağlı hesabat hazırlayıb