Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan ictimaiyyəti nümayəndələrinin Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin mövqeyi ilə bağlı müraciəti

Azərbaycan ictimaiyyəti nümayəndələrinin Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin mövqeyi ilə bağlı müraciəti

Bakı, 29 dekabr, AZƏRTAC

Azərbaycan ictimaiyyətinin nümayəndələri Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından bu ölkənin prezidentinə ünvanlanmış məktubla əlaqədar müraciət yayıblar.

AZƏRTAC müraciəti təqdim edir:

“Təəssüf hissi ilə bildiririk ki, son illər Fransanın müxtəlif siyasi qüvvələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı aparılan açıq böhtan və qərəzli kampaniya bütün mənəvi sərhədləri aşıb. Bu ədalətsiz kampaniya Fransa ictimaiyyətinin Azərbaycana qarşı münasibətini yanlış istiqamətə yönəltməklə yanaşı, xalqımız tərəfindən də ciddi narahatlıqla qarşılanır.

Əslində isə nə baş verir: Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərimiz qeyri-qanuni istismar olunur, habelə ətraf mühitə ciddi ziyan vurulur. Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə bu qeyri-qanuni iqtisadi fəaliyyətdən sadə erməni xalqı deyil, hərbi cinayətkarlar - Ermənistanın sabiq prezidentləri R.Koçaryan və S.Sarkisyan faydalanıblar. Hazırda isə təbii sərvətlərimiz çirkli pulların yuyulması, narkotik vasitələrin dövriyyəsi və qanunsuz silah alveri ilə məşğul olan Ruben Vardanyan tərəfindən istismar olunaraq Ermənistana, oradan isə digər ölkələrə daşınır. Biz Azərbaycana qarşı qarayaxma kampaniyası aparan fransalı siyasətçilərdən fərqli olaraq, faktlara istinad edirik. ATƏT, BMT-nin İnkişaf Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə keçmiş işğal edilmiş ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət, təbii sərvətlərin qanunsuz istismar faktları təsdiq olunub.

Dekabr ayının əvvəllərindən ekoloji vəziyyətin pisləşməsi ilə bağlı monitorinq aparılması məqsədilə azərbaycanlı mütəxəssislər əraziyə girməyə dəfələrlə cəhd etsələr də, yerli erməni sakinlərin aqressiv fiziki müdaxiləsi ilə qarşılaşıblar və nəticədə Azərbaycan vətəndaşları Azərbaycan Respublikasının ərazisinə girə bilməyiblər. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekoloqlar buna etiraz əlaməti olaraq, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış suveren ərazisində aksiya keçirərək, təbii sərvətlərimizin qeyri-qanuni istismarına və ekoloji fəlakətə son qoyulmasını tələb edirlər.

Etnik təmizləmə

Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin rəhbərləri adından bu ölkənin prezidentinə ünvanlanan məktubda qeyd edildiyi kimi, bəli, etnik təmizləmə olub. Lakin onların iddia etdiyinin əksinə olaraq, ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib. Bu faktı hələ 1920-ci ildə Fransanın Qafqazdakı komissarı Damien dö Martel Fransa Hökumətinin o dövrdəki başçısı, xarici işlər naziri Aleksandr Millerana 20 iyul tarixli məruzəsində bildirmişdir: “Hərbi əməliyyatlara gəldikdə (Azərbaycan ərazilərinin ermənilər tərəfindən zəbt edilməsi nəzərdə tutulur), mən Ermənistandan gələn şahidlərdən bir sıra məlumatlar əldə etdim ki, onların {əməliyyatlar} icra edilməsi formasını təsdiqləyir: ötən iyun ayının sonunda Yerevanın cənubunda erməni hərbi birləşmələri 40 000-dən çox azərbaycanlının yaşadığı 25 kəndi mühasirəyə almışdır. Paytaxtın yanında yaşayan bu əhali {…} hər zaman sakin və sülhsevər olmuşdur; bu əhali top atəşi ilə Araza doğru qovulmuşdur və öz kəndlərini tərk etməyə məcbur olmuşdur ki, həmin kəndlər dərhal ermənilər tərəfindən zəbt edilmişdir. Bu məsələdə təxminən 4 000 nəfər edam edilmişdir, uşaq və qadınlara fərq qoyulmurdu, onlar erməni hərbçiləri tərəfindən suda boğub öldürülmüşlər”.

Ermənistanın təcavüzkarlıq siyasətinin qurbanı olan azərbaycanlılar öz tarixi torpaqlarından qovulub, ölkəmizin BMT tərəfindən tanınan ərazisinin 20%-i işğala məruz qalıb. Nəticədə bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Fransanın da səs verdiyi BMT Təhlükəsizlik Şurasının qətnamələri bu faktları təsdiq edir.

Tarixdən

Azərbaycanı tanımaq üçün məşhur fransalı yazıçı Aleksandr Dümanın “Qafqaz səfəri” əsərini oxumaq, bu torpaqlarda yaşayan insanlar, onların mədəniyyəti barədə ətraflı öyrənmək mümkündür. Fransa inqilabının ruhu vaxtı ilə Azərbaycana, onun xalqına da gəlib çatmış, bunun nəticəsi olaraq, 1918-ci ilin may ayında müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdı və bu dövlətin müstəqilliyi Parisdə tanınıb. Azərbaycanın müstəqilliyinə səs verən dünya liderlərdən biri də məhz Fransanın Baş naziri Jorj Klemanso olub. Bu gün də Azərbaycan Demokratik Respublikasının bütün arxivi Fransanın Sosial Elmlər Ali Məktəbinin Mərkəzi Avropa, Qafqaz və Rus Sivilizasiyaları üzrə Araşdırma Mərkəzinin kitabxanasında saxlanılır və şərəfli tariximizi vərəqləmək istəyən qərəzli siyasətçiləri bu kitabxanaya baş çəkməyə dəvət edirik.

Azərbaycan Parlamentinin ilk qərarlarından biri 1919-1920-ci tədris ilindən başlayaraq yüz nəfər azərbaycanlı gəncin hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi olub ki, bu tələbələrin əksəriyyəti məhz Fransaya göndərilib.

Azərbaycanlıların Fransa Müqavimət hərəkatında iştirakı Azərbaycan tarixinin şərəfli və unudulmaz səhifələrindən biridir. Fransanın nasistlər tərəfindən işğalının ən ağır dövrlərində Kiril və Aleksandr Makinski qardaşları, Əhmədiyyə Cəbrayılov və bir çox digər həmvətənlərimiz Fransa uğrunda döyüşüblər. Bu gün Fransada Azərbaycana qarşı ədalətsiz mövqenin tutulması həm də Fransa uğrunda canından keçən azərbaycanlıların ruhuna hörmətsizlikdir.

1944-cü il noyabrın 27-də Fransa Respublikasının müvəqqəti hökumətinin rəhbəri general De Qollun Bakıya səfəri Müqavimət hərəkatında iştirak edən azərbaycanlılara minnətdarlıq jesti kimi məmnunluqla xatırlanır.

Dövlətimiz və xalqımız tərəfindən Fransaya verilən yüksək dəyərin fonunda bu gün baş verənlərə görə günahkar biz deyilik. Fransanın universal dəyərlərinin erməni diasporunun təsiri altında məhv edilməsini görmək bizim üçün üzücüdür.

Qınaq və humanitar mövcudluq

Dövlət-millət prinsipini beynəlxalq münasibətlər sisteminə tətbiq etməklə “dövlət daxilində dövlət” yaratmağa imkan verməyən və hugenotları mərkəzi hökumətə tabe etdirən kardinal Rişelyenin vətəni Fransada bu gün bir sıra siyasətçilər Azərbaycan ərazisində dağıdıcı separatizmi təşviq etməklə Azərbaycan və erməni xalqı arasında qalıcı barışığa maneələr törədirlər.

Emmanuel Makron ikinci dəfə prezident seçilərkən ətraf mühit məsələsinin fəaliyyətinin əsas istiqamətlərindən biri olacağını elan etmişdi. Bu xüsusda Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ermənilər tərəfindən törədilmiş ekoloji cinayətlərin dayandırılması üçün Fransanın öz imkanlarından istifadə etməsi Fransa hökumətinin siyasətinə tam uyğundur.

Fransanın prioritet elan etdiyi prinsiplərə, habelə bərabərlik və dünyəvilik kimi universal dəyərlərə sadiq qalacağına ümidimiz hələ ki, tam kəsilməyib. Fransızların dediyi kimi, “ümid sonda ölmür, ümid yaşadır”. E.Makrona fransalı siyasətçilərin ünvanladığı məlum məktubdakı çağırışla biz də razıyıq: “Respublika Prezidenti bizim bütün soydaşlarımıza sübut edə bilər ki, Fransa azaddır”.

Biz də inanırıq ki, Fransa Prezidenti erməni icmasının və onun təsiri altında olan siyasətçilərin deyil, Fransanın maraqlarını üstün tutaraq, dünyəvi dəyərlərə sadiq, tolerant, multikultural Azərbaycanın ədalət və bölgədə sülh uğrunda səylərini dəstəkləyəcək.

Sonda bir daha xatırlatmaq istərdik ki, yarımçıq ədalət olmur. Qarşılaşdığımız açıq ikili standartlar dünyada beynəlxalq hüququn norma və prinsiplərini hörmətdən salır. Beynəlxalq hüququn hamılıqla qəbul edilən norma və prinsiplərinə hörmət və əməl edilməsi dünyanın aparıcı dövləti olan Fransanın da məsuliyyətidir.

İmzalayanlar:

1. Fərhad Bədəlbəyli - pianoçu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru;

2. Mənsum İbrahimov - Xalq artisti, professor;

3.İlqar Orucov-Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru,"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri;

4. Azər Allahverənov - Fəlsəfə doktoru, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri;

5. Zaur İbrahimov - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri;

6. İsrayıl İsgəndərov - Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin sədri;

7. Nurəddin Mehdiyev - “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri;

8. Günel Səfərova - “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri;

9. Səbuhi Abdullayev - Riyaziyyat üzrə fəlsəfə doktoru, “ELM” Gənclərin Sosial-İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri;

10. Şəhla Nağıyeva - Filologiya üzrə fəlsəfə doktoru, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri;

11. Ramil İsgəndərli - Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri;

12. Şəlalə Həsənova - Filologiya üzrə fəlsəfə doktoru, professor, İctimaiyyətlə Əlaqələrin İnkişafina Kömək İctimai Birliyinin sədri;

13. Nüşabə Məmmədova - Tarix üzrə fəlsəfə doktoru, “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri;

14. Şəmistan Əlizamanlı - “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri;

15. Fəxrəddin Həsənzadə - Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin icraçı direktoru;

16. Azər Qərib - Azərbaycan Turizm Blogerləri Assosiasiyasının sədri;

17. Ədnan Hüseyn - “re:Azərbaycan” layihəsinin təsisçisi;

18. Məleykə Əlizadə - Tarix üzrə fəlsəfə doktoru, “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri;

19. Rauf Zeyni - Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti;

20. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri;

21. Novela Cəfərova - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri;

22. Mayis Əliyev - Hüquq elmləri doktoru, Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri;

23. Yusif Ağayev - Filologiya üzrə fəlsəfə doktoru, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin sədri;

24. Elvin Talışınski - Siyasi elmlər üzrə fəlsəfə doktoru, “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri;

25. Əyyub Kərimli - İqtisadiyyat üzrə fəlsəfə doktoru, “İqtisadi və Sosial Araşdırmalara Yardım” İctimai Birliyinin sədri;

26. Elçin Mirzəbəyli - Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Bakı Natiqlik Məktəbi” İctimai Birliyinin sədri;

27. Səltənət Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri;

28. Səadət Bənənyarlı - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri;

29. Əli Tağıyev - “Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan” İctimai Birliyinin sədri;

30. Mirəli Hüseynov - “Demokratiyanı Öyrənmə” İctimai Birliyinin sədri;

31. Fikrət Yusifov - Professor, iqtisad elmləri doktoru, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri;

32. Müşfiq Ələsgərli - “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri;

33. Faiq İsmayılov - Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri;

34. Anar Xəlilov - “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri;

35. Vüqar Əhmədov - Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri;

36. Ayaz Mirzəyev - Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri;

37. Telman Qasımov - “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri;

38. Vəli Əlibəyov - “Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyinin sədri;

39. Mehri Xanbabayeva - Fəlsəfə doktoru, Azərbaycan Tarixçiləri İctimai Birliyi;

40. Mətanət Əsgərqızı - “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri;

41. Samir Adıgözəlov - “İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri;

42. Xatirə Vəliyeva - “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri;

43. Aydın Əbilov - “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyinin sədri;

44. Mehriban Zeynalova - “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri;

45. İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri;

46. Əhməd Abbasbəyli - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri;

47. Şəhriyar Məcidov - Avropaya İnteqrasiya Mərkəzi ictimai birliyinin sədri;

48. Rəsul Cəfərov - “Bakı insan hüquqları klubu” ictimai birliyinin sədri;

49. Fariz Xəlili - “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri;

50. Fərid Şahbazlı - “İslahatçı Gənclər” İctimai Birliyinin sədri;

51. Etibar Məmmədov - “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin sədri;

52. Rahilə Mehtiyeva - “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri;

53. Elman Cəfərli - Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri;

54. Vüsalə Hüseynli - “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyinin sədri;

55. Rəşad Əliyev - İCOMOS Azərbaycan İctimai Birliyinin sədri”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi yenidən başlayır

Baş katib: Limanlar sadəcə keçid qapısı deyil, strateji düyünlərdir

Beynəlxalq Nəqliyyat Forumu Azərbaycanın şəhər nəqliyyatı islahatlarını nümunə kimi təqdim edib

Xaçmazdakı “Təhsil” istirahət mərkəzində 700-ə yaxın tələbənin iştirakı ilə düşərgə təşkil edilib

Milli Məclisin sədri Nyu-Yorkda İƏT-ə üzv dövlətlərin daimi nümayəndələri ilə görüşüb

Azərbaycan futzal millisinin rəqibi Gürcüstanı məğlub edib

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Xankəndi şəhəri ilə tanış olublar – YENİLƏNİB

Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib

Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad

İsmail Serageldin: İnvestisiya qərarlarının qəbul edilməsi üçün hazır layihələr olmalıdır

“Sülh Aylığı” çərçivəsində yol xəritəsi təqdim olunub

ADY sədri: Hədəfimiz gələn ilin sonunadək aşırma gücünü 300 min TEU etməkdir

"Sabah" heyətini braziliyalı hücumçu ilə gücləndirib

Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət: Hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir

“Qalatasaray” Çempionlar Liqasında mübarizəyə başlayır

Nigar Arpadarai: Dünyanın bütün ölkələrini bir araya gətirən yeganə birləşdirici gündəm iqlim gündəliyidir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Neft qiymətləri artır VİDEO

Neft qiymətləri artır VİDEO

Kristian Mensah: Məqsədimiz öhdəliklərin real fəaliyyətə çevrilməsi üçün zəruri şəraitin yaradılmasıdır

TBMM üzvü: Beynəlxalq səviyyədə qəbul edilən qərarlar milli siyasətə, qanunvericiliyə və investisiyalara çevrilməlidir

Sentyabrın 9-u Təhsilin Hücumdan Beynəlxalq Müdafiəsi Günüdür

Muxtar Babayev: İqlim sahəsində əməkdaşlıq üçün şərtlər 10 il əvvəllə müqayisədə daha da çətinləşib

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı başsağlığı verib

Yasamal, Mingəçevir və Yevlaxda elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb VİDEO

Azərbaycan neftinin qiyməti 108 dolları ötüb VİDEO

Sabiq Prezident: Azərbaycanın müasir enerji mənbələrinə keçidə hazırlaşdığının şahidi oluruq

Endokrinoloq: Diabet xəstələri payız meyvələrindən imtina etməməlidir

“Astana Finance Days” çərçivəsində Türk Yaşıl Maliyyə Şurasının toplantısı keçirilir

CECECO-nun icraçı direktoru: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-un nəticələrini irəli aparır VİDEO

CECECO-nun icraçı direktoru: Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-un nəticələrini irəli aparır VİDEO

Çində torpaq sürüşmələrinə görə 15 mindən çox sakin təxliyə edilib VİDEO

Çində torpaq sürüşmələrinə görə 15 mindən çox sakin təxliyə edilib VİDEO

Astanada “Astana Finance Days 2026” beynəlxalq maliyyə forumu keçirilir VİDEO

Astanada “Astana Finance Days 2026” beynəlxalq maliyyə forumu keçirilir VİDEO

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Neftin bahalaşması ölkə iqtisadiyyatına nə vəd edir? – Ekspert şərh edir

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi: Bakı iqlim öhdəliklərini real fəaliyyətə yaxınlaşdırır

Bakı İqlim Fəaliyyəti Həftəsinin ikinci günü iqlim fəaliyyətinin yeni istiqamətlərini və tərəfdaşlıq imkanlarını önə çıxarıb

İranla münaqişədə yaralanan ABŞ hərbçilərinin sayı 800-ü ötüb

İran İordaniyadakı ABŞ bazalarına raket zərbələri endirib

Azərbaycan kayak və kanoeçiləri Minskdə beynəlxalq yarışda iştirak edəcəklər

Serbiyada növbədənkənar parlament seçkiləri keçiriləcək

ABŞ İranın beş xam neft tankerini məhv etdiyini açıqlayıb

Aİ: Husilərin Səudiyyə Ərəbistanına hücumları təhlükəli eskalasiyadır

Zərdabda minik avtomobili traktorla toqquşub, 5 nəfər ölüb VİDEO

Zərdabda minik avtomobili traktorla toqquşub, 5 nəfər ölüb VİDEO

Almaniya Ukraynaya hava hücumundan müdafiə silahları verməyi vəd edib

Çempionlar Liqası: “Sabah”ın rəqiblərinin oyununda qapılara 5 qol vurulub

SEPAH Küveyt və Bəhreyn yaxınlığındakı tankerlərə zərbə endirməyə hazırlaşır

Aktotı Raimkulova: Dayanıqlı Moda Nümayişi sivilizasiyamızın ekoloji məsuliyyətini nümayiş etdirmək üçün düzgün formatdır

ABŞ ordusu Xarq adası və Cask yaxınlığındakı hədəflərə zərbələr endirib

Jalə Ələkbərzadə: Dayanıqlı moda ətraf mühitə və təbiətə yeni baxışımızdır

Renoir muzeyində oğurluq: 9 milyon avroluq zərər, iki rəsm hələ də tapılmayıb

“Ramştayn” formatında keçirilən iclasda Ukraynaya yeni hərbi və maddi yardımlar elan edilib

UEFA Çempionlar Liqasında liqa mərhələsinə start verilib

Gündüz İsmayılov: Xaricdə yaşayan soydaşlarımızın Qarabağa səfərləri dini-mənəvi əlaqələrin gücləndirilməsinə xidmət edir

Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib

Əziz Səncərin elmi kəşfləri müasir biologiyanın və tibbin inkişafında mühüm rol oynayır

Aİ Ukraynanın “Patriot” sistemləri üçün zəruri məhsullar almasına imkan yaradıb

Ağdamda görkəmli alim, akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO

Gürcüstanlı din xadimi: Şuşaya səfər mənə zəngin təəssürat bəxş etdi

Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir VİDEO

Türk din xadimi: Çanaqqalanı görmək qədər Qarabağı görmək də vacibdir VİDEO

“Bəşəriyyət üçün ekzistensial risk”: BMT qabaqcıl süni intellektlə bağlı xəbərdarlıq edib

Tubuxanım Qasımzadə: “AMEA-nın Əziz Səncər döş nişanı” ilə təltif olunmağım mənim üçün böyük şərəfdir

Mingəçevirdə Azərbaycan-Gürcüstan gənclərinin III beynəlxalq düşərgəsi başlayıb

Tehranda metro stansiyalarının sığınacaq kimi hazırlanması nəzərdə tutulur

Balaxanıda obyektdə baş verən yanğın tam söndürülüb YENİLƏNİB VİDEO

Balaxanıda obyektdə baş verən yanğın tam söndürülüb YENİLƏNİB VİDEO

Fransa iqtisadiyyatı: OFCE 2026-2027-ci illər üçün narahatedici mənzərə açıqlayıb

Fuad Muradov: Azərbaycanın diaspor sahəsindəki müstəqil siyasəti öz bəhrəsini verir

Xocalıda yaradılan yeni iş yerlərində təhlükəsiz əmək şəraiti diqqət mərkəzindədir REPORTAJ VİDEO

Xocalıda yaradılan yeni iş yerlərində təhlükəsiz əmək şəraiti diqqət mərkəzindədir REPORTAJ VİDEO

Sudanda PUA hücumu nəticəsində 13 nəfər ölüb

Akademik: Əziz Səncər elmi əməkdaşlığa xüsusi diqqət göstərir

Zelenski və Tramp arasında görüşə dair razılıq əldə edilib

Cihangir İşbilir: Əziz Səncər Türk dünyasının qürur mənbəyidir

Britaniya hava limanlarında texniki nasazlıq: Yüzlərlə reys gecikir

Rumıniyada PUA təhlükəsi elan edilib, F-18 qırıcıları havaya qaldırılıb

Bu saata olan əsas xəbərlər

İsrail Britaniyanın Qüdsdəki baş konsulluğunu bağlayacağını açıqlayıb

Elgün Səmədov: Əziz Səncərin uğuru fundamental elmin müasir təbabətə necə çevrilə biləcəyinin nümunəsidir

İraqlı din xadimi: Şuşada məscidlərin gözəl şəkildə bərpa edildiyini gördük VİDEO

İraqlı din xadimi: Şuşada məscidlərin gözəl şəkildə bərpa edildiyini gördük VİDEO

Musa Quliyev: Əziz Səncərin elmi irsi Türk dünyasının gənc alimləri üçün örnəkdir

Akademik İradə Hüseynova: Əziz Səncərin həyat yolu elmə sədaqətin və zəhmətin nümunəsidir

Böyük Britaniya İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə sanksiyalar tətbiq edir

Azərbaycanın xarici işlər nazirinin müavini ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə görüşüb

AHİK rəsmisi: Yeni iş yerlərində təhlükəsiz əmək vacibdir VİDEO

AHİK rəsmisi: Yeni iş yerlərində təhlükəsiz əmək vacibdir VİDEO

Əziz Səncər: Türk dünyasının qarşısında yeni vəzifələr dayanır

Rizvan Təhməzov: Xocalı filialında işçi sayının 200 nəfərə çatdırılması planlaşdırılır VİDEO

Rizvan Təhməzov: Xocalı filialında işçi sayının 200 nəfərə çatdırılması planlaşdırılır VİDEO

Teatr solisti: İnsanların qəlbinə yalnız incəsənət vasitəsilə yol tapmaq olar

Novator-memar: Şəhidin adını daşa yazmaq xatirəni əbədiləşdirmək deyil, tarixi irsi zədələməkdir

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB VİDEO

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşa şəhərində - YENİLƏNİB VİDEO

İstehsalat rəhbəri: Əsas məqsədlərdən biri Qarabağa köçən sakinlərin işlə təmin olunmasıdır VİDEO

İstehsalat rəhbəri: Əsas məqsədlərdən biri Qarabağa köçən sakinlərin işlə təmin olunmasıdır VİDEO

Dosent Elşən Bağırzadə: Professor Əziz Səncər Türk dünyasında elmin təşviqinə xüsusi önəm verir

Mürsəl Rüstəmov: Qarabağda sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir VİDEO

Mürsəl Rüstəmov: Qarabağda sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində işlər davam etdirilir VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” 2008-ci il 13 iyun tarixli 136 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2017-ci il 14 noyabr tarixli 490 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında” 2020-ci il 8 avqust tarixli 286 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 350-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsdiqedici sənədi əsasında idxalı əlavə dəyər vergisindən azad olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə Siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində şəhərlərin iqlim fəaliyyətində rolu müzakirə olunub