Azərbaycan və Türkiyənin universitetləri arasında memorandum imzalanıb
Bakı, 1 noyabr, AZƏRTAC
Türkiyənin Boğaziçi Universitetinin rektoru professor Mehmet Naci İnci, prorektor Gürkan S.Kumbaroğlu və baş katib Nedim Malkoçu Xəzər Universitetində olublar.
Bu barədə AZƏRTAC-a Xəzər Universitetindən bildirilib. Qeyd olunub ki, qonaqlara universitetin tarixi və fəaliyyəti haqqında məlumat verilib. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı Türkiyə universitetləri ilə olan geniş əlaqələrdən danışıb.
Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova Xəzər Universiteti haqqında geniş təqdimatla çıxış edib.
Sonra Xəzər Universitetinin rektoru İradə Xəlilova və Boğaziçi Universitetinin rektoru Mehmet Naci İnci əməkdaşlıq memorandumu imzalayıblar.