Azərbaycanın U-21 millisi İsrail yığması ilə heç-heçə edib
Bakı, 6 sentyabr, AZƏRTAC
U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sentyabrın 6-da Bakıda İsrail yığmasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Dalğa Arena”da keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Azərbaycan millisi görüşün 29-cu saniyəsində hesabı açıb. Yığmamızın heyətində Renat Dadaşov fərqlənib - 1:0. Lakin matçın 30-cu dəqiqəsində qonaqların heyətində Şon Vaysman hesabı bərabərləşdirib - 1:1. Oyunun sonuna yaxın - 86-cı dəqiqədə Azərbaycan futbolçuları qələbə qazanmaq üçün əlverişli imkan əldə ediblər. Belə ki, hakim qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Ziya Əzizovun zərbəsini qapıçı dəf edib və görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Azərbaycanın 21 yaşadək futbolçuları növbəti görüşü sentyabrın 11-də Norveç yığmasına qarşı keçirəcəklər. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:27]
Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]