İDMAN


Bakıda milli və beynəlxalq dərəcəli güləş hakimlərimiz üçün seminar keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında milli və beynəlxalq hakimlərimiz üçün seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyevin rəhbərliyi altında keçirilən nəzəri təlimdə 20-yə yaxın ədalət təmsilçisi iştirak edib.

Seminarda hakimlər güləş qaydalarındakı son dəyişikliklər barədə məlumatlandırılıb. Onlardan qarşıdakı yarışlarda daha diqqətli və obyektiv idarəçilik tələb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.