Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.
AZƏRTAC xəbər verir ki, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.
Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.
Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.05.2026 [20:23]
Omanda Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib
- 25.05.2026 [19:51]
Əl-Küveytdə 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
- 25.05.2026 [18:04]
Tallində 28 May - Müstəqillik Günü münasibətilə təntənəli mərasim VİDEO
- 25.05.2026 [17:50]
Azərbaycanın Müstəqillik Günü Rustavidə qeyd olunub
- 25.05.2026 [16:09]
Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Düşənbədə su festivalı
- [19:57]
Kosmik hava proqnozu açıqlanıb
- [16:04]