DÜNYA


Çexiyada əməkhaqqının miqdarında gender bərabərsizliyi mövcuddur

Praqa, 2 noyabr, AZƏRTAC

Çexiyanın əmək naziri Yana Malaçovanın verdiyi məlumata görə, bu ölkədə qadın və kişi əməyinin qiymətləndirilməsində əhəmiyyətli dərəcədə bərabərsizlik müşahidə olunur.

AZƏRTAC-ın məlumatına görə, qurumun rəhbəri bəyan edib ki, hazırda bu göstərici 22 faiz təşkil edir. Bu, Avropa İttifaqı ölkələri arasında ən pis nəticədir.

Mütləq rəqəmlərdə qadınlar il ərzində orta hesabla kişilərdən 80 min kron  (3200 avro) az qazanırlar. Əmək naziri hesab edir ki, bu fakt ailələrə, uşaqlara, təqaüdlərin miqdarına, həmçinin bütövlükdə iqtisadiyyata mənfi təsir göstərir.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.