REGİONLAR


Cəlilabadda torpaq məcralı kanal beton üzlüyə alınıb

Bakı, 13 mart, AZƏRTAC

Cəlilabadda torpaq məcralı kanal beton üzlüyə alınıb.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən Cəlilabad rayonunda suvarma işləri uğurla davam edir. Bunun üçün artıq bütün hazırlıq işləri yekunlaşıb. İdarənin balansında 11805 hektar suvarılan torpaq sahəsi var ki, ondan 7100 hektarı taxıl, 1216 hektarı üzüm, 635 hektarı yem bitkiləri, 150 hektarı pambıq, 240 hektarı həyətyanı sahə, 2464 hektarı meyvə-tərəvəz, bostan bitkiləridir. 2022-ci ildə 9354 hektar taxıl, 2472 hektar üzüm, 1613 hektar yem bitkisi, 500 hektar pambıq, 520 hektar həyətyanı sahə, 6732 hektar meyvə-tərəvəz bostan sahəsi suvarma suyu ilə təmin olunub.

Tədbirlər planına uyğun olaraq, ötən il olduğu kimi, bu il də kanallar lildən təmizlənir. Bu da suvarma mövsümündə yarana biləcək su itkisini minimuma endirir və maneəsiz axını təmin edir. İdarənin balansında 12 ədəd nasos stansiya var, onlardan 10 ədədi dizellə, 2 ədədi elektriklə işləyir.

Rayonda suvarma mövsümündə əhəmiyyətli hesab edilən vasitələrdən biri də sututarlardır. İdarənin balansında olan 3 sututarında suvarma mövsümü üçün kifayət qədər su toplanıb. Bunlardan Göytəpə su anbarının su tutumu 4,2 milyon kubmetr, suvarılan sahə 700 hektardır. İncəçay 7 milyon, Cəfərxanlı su anbarının isə 2,2 milyon su tutumu var. Hər iki anbar 1000 hektar sahəyə xidmət edir. Ötən il əsaslı təmir planı çərçivəsində Muğan torpaq məcralı kanalda betonlama işləri aparılıb. 2023-cü ildə isə işlərin davamı olaraq 660 metr məsafənin beton üzlüyə alınması nəzərdə tutulub. Bununla da kanalın xidməti ərazisində yerləşən taxıl sahələrinə suvarma suyunun itkisiz çatdırılması təmin olunub.

Qeyd edək ki, ötən il Cəlilabad Suvarma Sistemləri İdarəsi tərəfindən ümumilikdə kanallarda 547 min kubmetr lildən təmizləmə işləri aparılıb. 2023-cü ildə də 544 min kubmetr lildən təmizləmə işlərinin görülməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.