Azərbaycan Dövlət İnformasiya Agentliyi

Coğrafiyaşünas alim: Azərbaycanda tibb zəlilərinin nəsli kəsilə bilər

Coğrafiyaşünas alim: Azərbaycanda tibb zəlilərinin nəsli kəsilə bilər

Tədqiqatçılar zəlinin ağız suyundan elmə məlum olmayan 100-dən çox bioloji aktiv birləşmələr aşkar ediblər

Bakı, 7 fevral, Xatirə Cəfərova, AZƏRTAC

Zəlilərin kortəbii ovlanması və ekoloji faktorların mənfi təsirləri onların təbii resurslarını tükənməyə gətirib çıxara bilər. Hazırda ölkəmizin su hövzələrində minlərlə zəli brakonyerlər tərəfindən kortəbii surətdə ovlanılır və qara bazarda satılır. Problemin aradan qaldırılması və təbabət zəlisinin gələcək nəsillərə ötürülməsi məqsədilə onun yayılma areallarının müəyyən edilməsi olduqca vacib məsələlərdən biridir. Təbabət zəlisi əczaçılıq sənayesi üçün qiymətli xammaldır, müxtəlif xəstəliklərə qarşı müalicəvi və profilaktik dərman preparatlarının istehsalında, habelə müasir plastik cərrahi əməliyyatlarda və kosmetologiyada geniş istifadə olunur. Təbabət zəlilərinin regionlar üzrə coğrafi yayılması, təbii resurslarının müəyyən edilməsi istiqamətində tədqiqat aparılması Azərbaycan alimlərinin qarşısında həllini gözləyən məsələlərdən biri olmalıdır.

Bu barədə AZƏRTAC-a Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru Şahvələd Əliyev məlumat verib.

Alim qeyd edib ki, hazırda zəli ilə müalicə tibdə öz təsdiqini tapmış bir müalicə vasitəsi kimi tanınır və dünyanın bir çox ölkələrində, o cümlədən Çin, Yaponiya, Hindistan, ABŞ, Kanada, Rusiya, Qərbi Avropa və başqa ölkələrdə geniş tətbiq olunur. Azərbaycanda da zəli ilə müalicə geniş yayılıb.

Qədimdə insanlar zəlilərdən başağrısı, qan durulducu və təzyiqsalıcı vasitə kimi istifadə ediblər. Zəlidən müalicə vasitəsi kimi Kolofonlu Nikandr bizim eradan 200 il əvvəl istifadə edib. Zəli ilə müalicə Yunanıstanda, Misirdə, Qərbi Avropada və başqa ölkələrdə ilk əvvəllər bronxial-astma, ürək-damar, hipertoniya (qan təzyiqi) xəstəliklərinin müalicəsində istifadə edilib. İbn Sina zəlini bir çox xəstəliklərin müalicəsində əvəzolunmaz vasitə hesab edib. Hətta Misir piramidalarında zəli təsvirləri mövcuddur. Zəlilər qədim insanlar üçün “aspirin” rolu oynayırdı.

Zəlilər geniş coğrafi areala malikdir. Respublikamızın Naxçıvan, Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, İsmayıllı, Zaqatala, Balakən, İmişli, Zərdab, Ağdaş, Goranboy, Şabran, Ağcabədi, Quba, Xaçmaz, Şəmkir, Qazax, Göygöl, Füzuli, Beyləqan və başqa rayonlarının ərazilərində zəli populyasiyalarına geniş rast gəlinir. Təbabət zəlisinin ölkəmiz üçün geniş iqtisadi və müalicəvi əhəmiyyəti var.

Araşdırmaçılar elm və texnologiyanın inkişafına əsaslanaraq 2030-cu illərdə bəzi xəstəliklərin zəli ilə müalicəsində yüksək nailiyyətlər əldə olunacağını proqnozlaşdırırlar. Tədqiqatlar göstərirlər ki, tibb zəlisinin bədəni əsl farmaseptik minifabrikdir. Zəlinin ağız suyundan indiyədək elmə məlum olmayan 100-dən çox bioloji aktiv birləşmələr aşkar edilib. Bu birləşmələr insan orqanizmində immun sisteminin yüksəlməsinə, patogen mikrofloranın təmizlənməsinə, iltihabi prosesin aradan qaldırılmasına, damarların elastikliyinin artmasına, qanın durulmasına, qandan trombların əridilməsinə və damar tutulmasına təsir edir. Həmçinin qanın və limfanın toxuma və hüceyrələrdə normal hərəkətinə səbəb olur.

Zəli ilə müalicənin tətbiqi sahəsi çox genişdir. Onunla böyrək, prostat, mədəaltı vəzi, şəkər, varikoz, hipertoniya (qan təzyiqi), göz xəstəliklərində, klimaks, babasil, psorioz, qaraciyər, mədə problemlərində, qan dövranı durgunluğunda, stenokardiya (ürək-damar), başağrısında, oynaq ağrılarında, osteoxondroz, miqren, bronxial astma və sair xəstəliklərin kompleks müalicəsində səmərəli effekt verir.

“Respublikamızda təbabət zəlisinin yayılma arealları və təbii resursları ilə əlaqədar son dövrə kimi kompleks elmi-tədqiqat işləri aparılmayıb. Aşkar olunmuş zəlilər isə Zoologiya İnstitutunda hidrobioloji tədqiqatlar nəticəsində müəyyən edilib. Məhz bu baxımdan təbabət zəlilərinin təbii resurslarının qorunub saxlanması və onlardan səmərəli istifadə edilməsi üçün biofabrik və tədarük məntəqələrinin yaradılması məqsədəuyğundur. Sututarlarında zəli ehtiyatlarının bol və əhali arasında tibb zəlisinə durmadan artan tələbatın olmasına baxmayaraq, ölkəmizdə hələ də ixtisaslaşdırılmış zəliçilik təsərrüfatları və ya zəli artırılan biofabriklər yoxdur”,- deyə Şahvələd Əliyev bildirib.

Alimin sözlərinə görə, hazırda ölkəmizdə zəlilər, əsasən, göllərdən ovlanır (onları adi əl toru ilə də ovlamaq mümkündür). Bu da olduqca təhlükəlidir. Göldən tutulan zəlilər orada yaşayan canlıların qanını sorur ki, bu da nəticədə infeksiya yayılması baxımından təhlükə törədə bilər. Bunun qarşısını almaq üçün beynəlxalq təcrübədən istifadə etmək olar. Azərbaycanda zəli yetişdirmək üçün ölkənin kifayət qədər potensialı mövcuddur. Zəli yetişdirilməsi inkubator və ya biofabrik səviyyəsində həyata keçirilə bilər.

Ş.Əliyev qeyd edib ki, Füzuli, Cəbrayıl, Şuşa, Qubadlı, Zəngilan, Kəlbəcər, Laçın və başqa ərazilərdə təbii resurslarla yanaşı tibb zəlisi də geniş yayılıb.

Əhalinin zəli müalicəsinə artan tələbatını ödəmək, əlverişli və səmərəli kommersiya fəaliyyətini genişləndirmək, tibbi (müalicəvi) turizmi inkişaf etdirmək məqsədilə təbabət zəlilərinin təbii resurslarının qorunması, eləcə də yeni iş yerlərinin yaradılması baxımından Abşeron, Naxçıvan, Gəncə ətrafında, habelə işğaldan azad edilmiş Şuşada və Füzuli rayonunda yeni inşa edilən Beynəlxalq Hava Limanının yaxınlığında Köndələn çayının sahilində mütərəqqi və rentabelli zəliçilik təsərrüfatlarının (biofabrik) təşkili və tərkibində hiruditerapiya müalicəvi mərkəzinin yaradılması və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edə bilər. Müalicəvi və iqtisadi əhəmiyyəti nəzərə alaraq dövlət dəstəyi altında sahibkarları bu sahəyə həvəsləndirməklə regionlarda süni göllər yaratmaqla, habelə laborator şəraitdə zəlilərin artırılmasına və əhalinin, tibb müəssisələrinin, apteklərin steril zəli ilə təminatına zəmanət vermək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam