MƏDƏNİYYƏT


Daşkənddə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirdə Azərbaycan da təmsil olunub

Daşkənd, 21 fevral, AZƏRTAC

Banqladeşin Özbəkistandakı səfirliyi və UNESCO-nun Daşkənddəki nümayəndəliyinin təşəbbüsü ilə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Banqladeşin Özbəkistandakı səfiri Mosud Mannan “Sülh üçün şeir” adlı layihə haqqında danışıb, UNESCO-nun dəstəyi ilə keçirilən Beynəlxalq Ana Dili Günü və bununla bağlı təşkil olunan tədbirlər barədə məlumat verib.

UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri Mariya del Pilar Alvares-Laso 1999-cu il noyabrın 17-də təşkilatın baş konfransında Banqladeşin təklifi ilə hər il fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında məlumat verib.

Tədbirdə müxtəlif ölkələrin səfirləri və digər diplomatlar öz ana dillərində şeirlər səsləndiriblər.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” və “Latın dili” şeirlərini söyləyib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.