Dövlət qulluğu üzrə imtahan vermək üçün 1672 nəfər qeydiyyatdan keçib
Bakı, 11 aprel, AZƏRTAC
Dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələrə) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 30-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahana qeydiyyat aprelin 20-si saat 10:00-dək aparılacaq. Bu gün saat 11:05-ə olan məlumata görə, imtahanda iştirak etmək üçün 1672 (BA-415, BB-1254) nəfər qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [18:24]
Peşə təmayüllü siniflər əmək bazarının gələcək kadrlarını yetişdirir
- 25.08.2026 [18:14]
Qubada tələbələr üçün “GeoCamp” yay düşərgəsinin açılışı olub
- 25.08.2026 [15:21]
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
- 25.08.2026 [15:02]
Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü
- 25.08.2026 [14:49]