İDMAN


Dünya kuboku: Vasif Durarbəyli növbəti mərhələyə vəsiqə qazanıb

Bakı, 13 iyul, AZƏRTAC

Rusiyanın Soçi şəhərində şahmat üzrə dünya kuboku yarışları davam edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın 7 şahmatçısının qatıldığı yarışın ikinci günündə 4 şahmatçımız – Vasif Durarbəyli, Türkan Məmmədyarova, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva cavab oyunlarında mübarizə aparıblar. Yüz iyirmi səkkizdəbir final mərhələsində mübarizəyə qoşulan Vasif Durarbəyli Finlandiyanı təmsil edən Dmitri Sklyarovu cavab oyununda məğlub edib. Yekun nəticəyə görə, 1,5:0,5 hesabla rəqibi üzərində qələbə qazanan şahmatçımız növbəti mərhələyə vəsiqə qazanıb.

Qadınların yarışında isə altmış dörddəbir finalda Gülnar Məmmədova cavab oyununda estoniyalı Mai Narvaya məğlub olub. Hesab 1:1 olduğundan şahmatçımız tay-brekdə mübarizə aparacaq.

Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva isə yarışda mübarizəni dayandırıblar. Belə ki, Türkan Məmmədyarova kubalı Tereza Ordaz Valdez ilə heç-heçə etsə də, cavab oyununda ona məğlub olub. Ülviyyə Fətəliyeva isə rəqibi hindistanlı Raut Padminiyə birinci partiyada olduğu kimi, cavab oyununda da uduzub.

Xatırladaq ki, dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.