CƏBHƏ XƏBƏRLƏRİ


Ermənistan ordusu Ağdamın kəndlərini atəşə tutub, mülki şəxslər yaralanıb  FOTO VİDEO

Ağdam, 15 oktyabr, T.Ağaməmmədov, foto R.İsmayılov, AZƏRTAC

Ermənistanın silahlı qüvvələri humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla azərbaycanlı dinc mülki əhaliyə qarşı terror əməllərini davam etdirir.

AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, oktyabrın 15-də səhər saatlarından başlayaraq düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub. Səhər saat 09 radələrində Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində fərdi evlərə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Evlərə ciddi ziyan dəyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.