İDMAN


Gələn il Azərbaycan gimnastika üzrə iki Avropa çempionatına ev sahibliyi edəcək

Bakı, 21 avqust, AZƏRTAC

Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının (AGF) saytına istinadla xəbər verir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Milli Gimnastika Arenası ilk dəfə mayın 23-25-də qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Son beş ildir Azərbaycanda inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına müsbət təkan verəcək.

Mayın 31-dən iyunun 2-dək isə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bununla da Bakıda dördüncü dəfə idmanın bu növü üzrə qitə birinciliyi təşkil olunacaq.

AGF 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə dünya kuboku mərhələlərinə, həmçinin bədii gimnastika üzrə dünya kuboku və dünya çempionatına da ev sahibliyi edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.