MƏDƏNİYYƏT


Hedva Ser: Azərbaycan muğamını çox sevirəm VİDEO

Paris, 21 may, AZƏRTAC

Bir çox ölkələrin muğam musiqisini dinləmişəm. Ancaq Azərbaycan muğamını daha çox sevirəm. Muğamın yenidən Parisdə səslənməsinə çox sevindim.

Bu fikirləri Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən “Qarabağ” muğam klubunun konsertindən sonra AZƏRTAC-a müsahibəsində UNESCO-nun Sülh naminə incəsənət xadimi Hedva Ser söyləyib.

“Bu möhtəşəm konserti izləməyimdən çox şadam. İfaların sözlərini başa düşməsəm də, “Azərbaycan”, “Qarabağ”, “Şuşa” sözləri emosiyaları anlamağa imkan verirdi. Bizə xoş anlar yaşatdıqları üçün xanəndələrə, musiqiçilərə, eləcə də bu konsertin təşkilatçılarına minnətdarıq. Belə konsertlər mədəniyyəti daha yaxından tanımağa imkan yaradır. Bu, həmçinin xalqın ənənəvi musiqisini qoruyub nəsildən–nəslə ötürmək çox vacibdir. Bu axşam unudulmaz anlar yaşadıq”, - deyə H. Ser söyləyib.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.