DÜNYA


İndoneziyada Anak-Krakatau vulkanı yenidən püskürüb

Tokio, 3 yanvar, AZƏRTAC 

İndoneziyanın Sumatra və Yava adaları arasında, Zond boğazında yerləşən Anak-Krakatau vulkanı yanvarın 3-də yenidən püskürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Detik portalı müşahidə məntəqəsinə istinadla məlumat yayıb. İlkin məlumatlara əsasən, püskürmə nəticəsində vulkanın külü 2 kilometr yüksəyə qalxıb. Yerli hakimiyyət orqanları sakinlərə vulkana 5 kilometr məsafədə yaxınlaşmamağı tövsiyə ediblər.

Xatırladaq ki, dekabrın 22-də baş verən püskürmə zamanı vulkanik süxurun qismən dağılması sunaminin yaranmasına səbəb olmuşdu. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 430 nəfər həlak olub, 7200 nəfər yaralanıb və 40 minə yaxın insan yaşayış yerlərini tərk edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.