İspaniyada gənc güləşçilər arasında Avropa çempionatı davam edir
Bakı, 7 iyun, AZƏRTAC
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, bu gün çempionatda 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparırlar.
Çempionatda 65 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov səkkizdəbir finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və Olimpiya çempionumuz Gürcüstan idmançısına minimal fərqlə qalib gəlib. İdmançımızın növbəti rəqibi fransalı Marvane Əhməd Yezza olacaq.
Güləşçimiz Abubakr Abakarov (79 kq) qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2026 [21:48]
Velko Simiç daha 2 il “Sabah”da
- 01.06.2026 [21:11]
Basketbol millimiz Dünya Kubokuna qələbə ilə start verib
- 01.06.2026 [20:33]
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
- 01.06.2026 [17:29]
Kişi boksçulardan ibarət Azərbaycan millisi Qazaxıstana yollanıb
- 01.06.2026 [16:49]
AFFA-dan Uşaqlar Günündə Xankəndidə sosial aksiya
- 01.06.2026 [16:31]