ELM VƏ TƏHSİL


Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib

Bakı, 11 iyun, AZƏRTAC 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla “İlin ən yaxşı rektoru” seçilib.

ADU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Facebook” sosial şəbəkəsinin ən böyük təhsil səhifəsi olan və ölkə ali məktəblərini özündə birləşdirən “Azərbaycan universitetləri” səhifəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Xalq yazıçısı Kamal Abdulla “2018-2019-cu tədris ilinin ən yaxşı rektoru” sosial tələbə sorğusunda 45 faiz səs çoxluğu ilə qalib olub.

“Bundan əlavə, tədris ili ərzində Kamal Abdullanın sosial aktivliyi, tələbələrin rifahının yaxşılaşması üçün atdığı addımlar və tələbələrin sevimli pedaqoqu olması bu səsverməyə təsir edib. Final seçki statusu 3 günə 100.000 nəfər görülmə (post reach) ilə rekord vurub. Bu, akademik Kamal Abdullanın və tələbələrinin qələbəsidir! Təbrik edirik!” – deyə məlumatda qeyd olunur.

Sorğuda ADU ilə yanaşı, ölkəmizin 10-dan çox ali məktəbinin tələbələri də Kamal Abdullanı dəstəkləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.