REGİONLAR


Kikboksinq üzrə muxtar respublika birinciliyinə yekun vurulub

Naxçıvan, 7 fevral, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikası – 95” devizi altında yeniyetmə və gənclər arasında keçirilən kikboksinq üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar müxtəlif yaş qruplarında 13 çəki dərəcəsində mübarizə aparıblar. Əllidən çox idmançının iştirak etdiyi birinciliyin keçirilməsində məqsəd həm də ölkə çempionatına yollanacaq Naxçıvan komandasının heyətini formalaşdırmaq olub.

Sonda qalib idmançılar diplomlarla mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.