İDMAN


“Kukesi” - “Qarabağ” oyunu qolsuz heç-heçə ilə yekunlaşıb

Bakı, 25 iyul, AZƏRTAC

Futbol üzrə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizə aparan “Qarabağ” komandası iyulun 25-də Albaniyadakı “Loro Boriçi” stadionunda yerli “Kukesi” komandası ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, “Qarabağ”ın start heyətində Vaqner, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Ansi Aqoli, Qara Qarayev, Donald Gerye, Simeon Slavçev, Miçel, Filip Ozobiç və Mahir Mədətov yer alıblar.

“Kukesi”nin ilk onbirliyində isə meydana Stivi Fraşeri, Yuli Şameti, Albi Alla, Sebino Plyaku, Haralamb Çaçı, Arber Tsyurbya, Simo Rumbulaku, Besar Musoli, Edis Maliki, Vilyam Kordeyro və İrakli Dzariyq çıxıblar.

Norveçli baş hakim Ola Hobber Nilsenin idarə etdiyi oyunun ilk hissəsində komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib. Matçın ilk hissəsində hesab açılmayıb.

İkinci hissəyə Ağdam təmsilçisi daha fəal başlayıb. “Qarabağ” futbolçuları əzmkarlıq nümayiş etdirsələr də, bu, yetərli olmayıb. Beləliklə, matç qolsuz heç-heçə ilə yekunlaşıb.

Komandalar arasında cavab oyunu avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Ağdam təmsilçisi birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandasını mübarizədən kənarlaşdırıb. Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri evdə 0:0 hesabı ilə heç-heçə edərək, növbəti mərhələyə yüksəliblər. Albaniya klubu isə iki oyunun nəticəsinə görə Maltanın “Valletta” komandasından üstün olub (0:0, 1:1).

Bu duelin qalibi növbəti mərhələdə BATE (Belarus) – HİK (Finlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. Mübarizəni dayandıran klub isə Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Torpedo” (Kutaisi, Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.