Masallıda “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyinin qalibləri mükafatlandırılıb
Masallı, 21 dekabr, Bağır Əliyev, AZƏRTAC
Dekabrın 21-də Masallıdakı “ASAN” İntellektual İnkişaf Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və “Masallı gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş gənclər arasında “Breyn rinq” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 15 komandanın iştirakı ilə keçirilən rayon birinciliyinin yekun nəticələrinə əsasən, Gəyəçöl kənd tam orta məktəbin komandası birinci, şəhər 5 nömrəli tam orta məktəbin komandası ikinci, Şərəfə kənd tam orta məktəbin komandası üçüncü yerə layiq görülüblər.
Rayon birinciliyinin qalibləri Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.