ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Türkiyənin Bilkent Universitetində elmi araşdırma aparıb

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri Emin Dadaşov Türkiyənin paytaxtı Ankara şəhərindəki Bilkent Universitetində ezamiyyətdə olub.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, Avropa Komissiyasının “Horizon 2020” Proqramı tərəfindən maliyyələşdirilən

“Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi çərçivəsində Emin Dadaşov “XX əsrin əvvəllərində Qara dəniz və Xəzər dənizi bölgələrində sosial həyat xarici fotoqrafların obyektivində” mövzusu üzrə araşdırma aparıb.

Muzeyin şöbə müdiri, həmçinin Bilkent Universitetinin müasir təchizata və zəngin ədəbiyyata malik kitabxanalarında tədqiqatlar apararaq çoxsaylı materiallar toplayıb, təhsil müəssisəsinin siyasi elmlər və dövlət idarəçiliyi kafedrasının dosenti İoannis Qriqoriadis ilə elmi mübadilə xarakterli görüşlərdə iştirak edib.

Azərbaycan, Türkiyə, Avstriya, Yunanıstan, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Moldova, Gürcüstan və digər ölkələrin iştirak etdiyi layihənin icrasına 2017-ci ilin yanvar ayından başlanılıb və 4 il müddətində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.