MƏDƏNİYYƏT


Moskvada Tahir Salahovun 90 illiyi münasibətilə "Min bir gecə" baleti nümayiş etdiriləcək

Moskva, 21 mart, AZƏRTAC

Martın 26-da Moskvada böyük Azərbaycan və Rusiya rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun anadan olmasının 90 illiyi münasibətilə "Min bir gecə" baleti nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın dahi bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun baleti Kreml Sarayının səhnəsində oynanılacaq. Baletin quruluşçu xoreoqrafı Rusiyanın Xalq artisti Andrey Petrovdur. Səhnə tərtibatı Tahir Salahova məxsusdur. Geyim üzrə rəssam Olqa Polyanskayadır.

Baletin ərsəyə gəlməsinə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi dəstək göstərib. "Min bir gecə" baleti Moskvada "Kreml baleti" Teatrının ifasında ilk dəfə səhnələşdirilib. Tamaşanı "Orfey" radiosunun simfonik orkestri müşayiət edəcək. Orkestrin bədii rəhbəri və baş rejissoru Sergey Kondraşovdur.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.